Yeniyetməlik dövrü hamımızın həyatında şübhəsiz ki, ən böyük dəyişikliklərdən biri olub. Bu dövrdə baş verən dəyişikliklər tək yox, çox istiqamətli xarakter daşıyır. Gözlə görünən fiziki dəyişikliklərlə bərabər, psixoloji dəyişikliklər də özünü göstərir.
Heç bitməyəcəkmiş kimi təsəvvür etdiyimiz uzun və yorucu yeniyetməlik dövrünü biz artıq geridə qoyduq. İndi isə uşaqlarımız bizim keçdiyimiz o yollardan keçir, onları nə qədər yaxşı anlasaq və bu anlayışımızı göstərsək onlar da bu dövrü bir o qədər yüngül keçirdəcəklər.
YETKİNLİK DÖVRÜ DOSTLUQ MÜNASİBƏTLƏRİNİN ƏN SIX OLDUĞU DÖVRDÜR
"Mənə yoldaşını söylə, sənə kim olduğunu söyləyim!" sözü yetkinlik dövrü üçün doğru yanaşmadır. Yeniyetməlik çağında olan insan ətrafdakı insanların təsirinə daha asanlıqla düşür. İstədiyi mühitdə qəbul olunmaq və o mühitə girə bilmək üçün öz davranışlarında müsbət və ya mənfi istiqamətdə hər hansı dəyişikliklər etmək onlar üçün çox asandır. Çünki bu dövrdə davranışlardan çox ətrafdakılar tərəfindən qəbul edilmək və maraq doğurmaq önəm daşıyır. Xüsusilə ailə mühitində sevilmədəyini hiss edən uşaqlar ətrafda özlərini təsdiq etməyə çalışırlar. Əgər biz uşaqlarımıza dəyər verməsək, onlar da özlərini dəyərli hiss edəcək başqa bir yer axtarmağa başlayacaqlar. Bəzən ailədə yeniyetməyə dəyər verilsə də, yeniyetməlik dövrünün çətinlikləri və ailədə valideynlər arasında sağlam əlaqənin olmaması nəticəsində də yeniyetmə pis mühitə düşə bilər. Buna görə də ailə daxili münasibətlərin sağlam olması xüsusilə yeniyetməlik dövründə çox önəmlidir.
DOSTLARININ AİLƏLƏRİ İLƏ TANIŞ OLMALISINIZ
Yeniyetməlik dövründə ailə daxili münasibətlərin sağlam olmasına çalışmaqla bərabər övladımızın kimlərlə dostluq etdiyini də bilməliyik. Bu həssas dövrdə "dost" anlayışı yeniyetmə üçün xüsusilə önəmli olduğundan dostlarını sərt tənqid etməməyə çalışmalıyıq. Dostları haqqında mənfi fikirlərimiz varsa belə bunu dərhal dilə gətirməməliyik.
Onların bizim üçün çox dəyərli olduqlarını, hər zaman onlar üçün ən yaxşısını istədiyimizi və ən çətin, mürəkkəb vəziyyətdə belə daim yanında olacağımızı söyləməli və hiss etdirməliyik.
YENİYETMƏLİK AZADLIQDIR?
Uşaqlıq dövrünü geridə qoyub yeniyetməliyə doğru addımladıqları üçün bu dövrdə övladlarımız uşaq rəftarı görməkdən məmnun qalmırlar. Münasibətlərimizi bunu nəzərə alaraq tənzimləsək yeniyetmə övladımız bizdən razı qalacaq. Bəzən yeniyetmə valideynlərinin dəstəyini daha az hiss edərək sərbəst şəkildə əldə etdiyi müvəffəqiyyətlərinin dadını çıxarmaq istəyir. Təbii ki, bu vəziyyətdə onları tənqid etməməli, əksinə dəstək olmağa çalışmalıyıq. Tövsiyyə xarakterli ifadələri çox eşitməyi sevməyəcəklər. Onların müstəqillik, azadlıq istəyinə qulaq asmalıyıq! Sərhədsiz azadlıqdan əlbəttə ki, qaçmalıyıq. Belə bir həssas dövrdə övladlarımızı tam sərbəst buraxmaqdan qaçmalıyıq. Sərhədləri şüurlu şəkildə təyin etmək valideynin vəzifəsidir. Bir tərəfli ərar qəbulundan qaçmalıyıq. Qarşılıqlı anlaşma bu dövrdə xüsusi əhəmiyyət daşıyır. Əgər bəlirlədiyiniz qaydalar yeniyetmənin ürəyincə olmasa, o onsuz da bu qaydaları çeynəyəcək. Ailə üçün ən sağlam qərar birlikdə müzakirə olunaraq qəbul edilən qərardır.
Yeniyetməlik dövründə ünsiyyət problemləri necə həll edilə bilər?
Əslində ailə daxili ünsiyyət problemləri yalnız yeniyetməlikdə yaşanmır. Uşaq doğulduğundan etibarən yaşadığı ailə mühitində ünsiyyət problemləri ilə üzləşə bilər. Ancaq müşahidələr göstərir ki, bu problemlər yeniyetməlik çağında daha sıx təsadüf olunur.
Normal ünsiyyət prosesinin yaranması və qorunub saxlanması üçün bir neçə məsləhət:
- Övladınızı sevdiyinizi ona hiss etdirin.
- Sevginizi maddi imkanlarınızla göstərməkdən qaçın.
- Övladınızın hər hansı səhv davranışına cavab olaraq sərt tənqiddən qaçın.
- Övladınızın bir şəxsiyyət olduğunu unutmayın və onu şəxsiyyət kimi qəbul etdiyinizi, şəxsiyyətinə hörmət etdiyinizi göstərin.
- Övladınızla ünsiyyət zamanı yaxşı bir dinləyici olun.
- Dinlədiklərinizi tənqid etmədən obyektiv şərh etməyə çalışın. Lazım gələrsə məsləhət verin.
- Ailə içi qaydaları təyin edərkən uşaqlarınızın iştirakçı olmalarını əhəmiyyət verin.
- Ailəniz üçün hər hansı bir qərarı qəbul etdiyiniz zaman mütləq onunla da məsləhətləşin.
- Valideynlər arasındakı münasibətin sağlam olmasını təmin edin.
Tarix: 06.01.2015 / 16:28 Müəllif: Aziza Baxılıb: 57 Bölmə: Valideynə məsləhət