Ailə, cəmiyyətlərin təməl strukturlarıdır. Ailələr cəmiyyətlərin inkişafını, gələcəyini təyin edərlər. Sevgi, hörmət, xoşgörüş,birlik, qardaşlıq, dostluq, yoldaşlıq kimi varlıqlar insanlıq üçün çox əhəmiyyətlidir. Bütün insanlar bu varlıqlara sahib olmağı və digər insanlarda da bu varlıqların olmasını istəyərlər. Bu varlıqların meydana gəlməsi ailədə olmaqdadır. Bu səbəblə fərdlərin şəxsiyyət strukturlarının meydana gəlməsin də ailə çox təsirlidir.
Ailədə demokratik mühitlərin meydana gəlməsinin bir yolu da ailə yığıncaqlarıdır. Ailə yığıncağı, ailə üzvlərinin qərar vermə əməliyyatında bərabər haqqlara sahib olması, ailə içində demokratik əlaqələrin inkişafını təmin edər. Ailə yığıncaqları bütün ailə üzvlərini əhatə edən nizamlı bir yığıncağdır.
Ailə yığıncağında məqsəd:
Eşidilmək,
Bir-biri haqqında müsbət duyğuları ifadə etmək,
Bir-birlərini təşviq etmək,
Edilməsi lazım olan işləri planlamaq,
Qayğıları, duyğuları, şikayətləri ifadə etmək,
Qarşıdurmaları təhlil etmək,
Ailə əyləncələrini planlamaqdır.
İndi, ailə yığıncaqlarına nə vaxt başlanmalı mövzusuna toxunaq.
Ailə yığıncaqlarına nə vaxt başlanmalıdır?
Ailə yığıncaqlarının başlanması üçün qəti bir tarix vermək mümkün deyil, bu ailəyə bağlıdır. Ana,ata ailə yığıncaqlarının məqsədini öz aralarında açıqlığa qovuşdurubsa, bir-birləriylə və uşaqlarıyla bərabər şərtlər içində davranmağa hazırdırsa yığıncaqlara başlana bilər. Yığıncaqların başlamasında məcbur etmə olmamalı istəyə bağlılıq əsasdır. Həmdə ailə yığıncaqlarına başlanması üçün hər kəsin qatılması gözlənilməməlidir.
Uşaqların da yığıncağa alınma zamanı vardır. Uşaqlar, özlərini ifadə etməyə başladıqlarında yığıncağa alına bilərlər. Uşaqlara ailə yığıncağının əhəmiyyəti, məqsədi izah edilməlidir. Uşaqlara da hər hansı bir məcbur etmə olmamalıdır.Ailə, cəmiyyətlərin təməl strukturlarıdır. Ailə cəmiyyətlərin inkişafını, gələcəyini təyin edərlər.
Ancaq valideynlərlə ilə yığıncaq etmək
İdeal olan ailə yığıncağı şübhəsiz ki, hər kəsin qatıldığı yığıncaqdır. Amma yenədə valideynlərdən biri yığıncağa qatılmaq istəməyə bilər, bu yığıncağın edilməsinə maneə deyil. Ailə yığıncağının məqsədi izah edilər, istəyən qatılar.
Kiçik uşaqlarla ailə yığıncağı etmək
Uşaqların ailə yığıncaqlarına özlərini ifadə etməyə başladıqlarında girə biləcəyinə daha əvvəl toxunmuşduq. Uşaqların olduğu ailə yığıncaqları çox uzun olmamalıdır. Uşaqların qatıldığı yığıncaqlar qısa və sadə mövzuların görüşüldüyü yer olmalıdır. Belə olmazsa uşaqlar yığıncaqlardan uzaqlaşa bilərlər. Uşaqların yaşları böyüdükcə yığıncaqlar uzadılad)Ailə yığıncağını başlatmaq
Ailə yığıncaqlarını başlatmanın müxtəlif yolları vardır. Ailənin quruluşuna görə bir üsul seçilməlidir. Bu üsullardan biri rəsmi yığıncaq başlanğıcıdır. Bəzi uşaqları rəsmi hadisələr daha çox təsir etməkdədir. Yığıncağa rəsmi olaraq başlamaq yığıncağın əhəmiyyətini artırmaqdadır.
Yığıncağa rəsmi bir başlanğıcda yığıncağın məqsədi və üsulu izah edilərək başlanmalıdır.
Bəs sizcə indi həqiqətən belə ailə yığıncaqlarına ehtiyac varmı?
Tarix: 06.01.2015 / 14:13 Müəllif: Aziza Baxılıb: 35 Bölmə: Valideynə məsləhət