Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaqlar Anlamaz Deməyin

Uşaqlarının yalnız kiçikliyini görənlər, onların könül inkişafını tam idrak edə bilməzlər. Bu səbəbdən də, uşaqlarının yanında yalnız döyüşməzlər, irəli geri və ölçüsüz danışarlar. Beləcə, onsuz da özlərinə yaraşmayanı, bir də uşaqlarına bulaşdırarlar.
Bir az dolanışıq darlığı çəkən ailənin xanım-əfəndisi, arada bir belə deyirmiş: "Hələlik səbr edək, bir gün babanız gözlərini yumunca, çox zəngin olacağıq."
Gözünü yumması gözlənilən baba, bir gün bu evə qonaq olmuş. Altı yaşındakı nəvə, bir ara həyəcanla demiş ki: "Baba gözlərini yumsansana!"
Təbii, baba çaşmış: "Nə üçün
Uşaq, həyəcanla cavablandırmış babasını: "Baba, sənin gözlərin yumulunca, biz zəngin olacaqmışıq!"
Babacıq, nəvəsindən eşitdiyi cümləyə həm heyrətlənmiş, həm də çox kədərlənmiş. Ev sahibləri də, çox çaşmış və nə deyəcəklərini bilə bilməz halda, uşağa hirsliliklərini bildirmişlər. Baba marağını bilməyib soruşmuş: "Övladım, mənim gözüm yumulunca zəngin olacağınızı haradan çıxardın?"
Bu dəfə də, çaşmaq sırası uşağa gəlmiş: "Bilməm, anam elə söyləyir."
Baba, dərhal tası darağı yığmış və oğulunun evinə də bir daha gəlməmiş


Tarix: 06.01.2015 / 14:08 Müəllif: Aziza Baxılıb: 78 Bölmə: Valideynə məsləhət
loading...