Ana qayğılarında uşağın çəkisi, boy atımı, baş ətrafı və döş qəfəsi ölçülərinin izlənilməsi böyük əhəmiyyət daşıyar. Odur ki, doğumla birlikdə başlayan böyümənin izlənilməsi uşaqlıq dövrü boyunca da eyni şəkildə təkrarlanmalıdır.
Uşağın sağlamlığına mənfi təsir edən problemlərin ilk olaraq böyüməyə təsiri olduğunu söyləyən Yaxın Şərq Universiteti Tibb fakültəsi nin əməkdaşı Yrd. Dos. Dr. Ceyhun Dalkal bu məqsədlə uşaqlarda böyümənin izlənilməsinin əhəmiyyətinə dair bəzi faydalı məlumatlar vermişdir.
Mütəxəssisin fikrincə, böyümənin dayanması ilə bağlı müşahdə edlən vəziyyət həmin uşaqla eyni yaşda və cinsdə olan digər uşaqlara görə təyin olunar. Uşağın böyüməsinə mane olan problemlər erkən diaqnoz və müalicə ilə müəyyən edilərək gözlənilən böyüməyə və genetik boy potensialına çatması təmin edilə bilər.
Böyümənin izlənilməsi - körpənin bədən ağırlığı, boy və baş ətrafının ölçümünün diqqətlə müşahidə edilməlidir. Bədən ağırlığının ölçülməsi; körpənin bütün paltarları çıxardılaraq edilməlidir. Yeni doğan bir körpənin ağırlığı 2500-3500 qr qədərdir. Amma doğumun ilk 7-10 günündə uşaq çəkisinin 5-8 % ni itirə blər: buna "fizioloji çəki itkisi” deyilir. 10-14 günlük doğum ağırlığına çatan körpənin bədən ağırlığı ilk üç ayda 30 qr / gün, ikinci üç ayda 20 qr / gün, üçüncü üç ayda 15 qr / gün, dördüncü üç ayda isə 12 qr / gün artar.
Körpə 4-5 aylıq olduğunda doğum ağırlığının iki qatına, 1 yaşında üç qatına, 2 yaşında isə dörd qatına çatmış olar. Bədən çəkisi qısa zaman müddətində çox böyük dəyişikliklərə məruz qalır. Bunu nəzərə alıb, süd uşaqlığı dövründə böyümənin izlənilməsinə Ddaha həssas olmaq lazımdır. Bu dövrlərdə ilk yaşda ayda bir dəfə ölçülməlidir. 1-2 yaş arasında 3 ayda bir, davam edən yaşlarda isə 6 ayda bir ölçülməsi məsləhətdir.
Yeni doğan bir körpənin boyu ortalama 50 sm ətrafındadır. Körpənin boyu ilk 3 ayda 3.5 sm / ay, ikinci üç ayda 2 sm / ay, üçüncü üç ayda 1.5 sm / ay, dördüncü üç ayda isə 1.2 sm / ay uzanaraq bir yaşında doğum boyunun 1.5 qatına çatmış olar. Uşaq dörd yaşına gəldiyində doğum boyunun 2 qatına, 12 yaşında isə 3 qatına çatar. Boy ölçmə, qeyri-kafi bəslənmə və akut (qısa dövr) infeksiya keçirilməsi kimi dəyişikliklərə həssas deyil. Xroniki (uzun dövr) xəstəlik və bəslənmə yetersizliğinin, boyu təsir etməsi üçün ən az altı aylıq bir müddət keçməsi lazımlıdır. Boy qısalığı, uzun davamlı bəslənmə qeyri-kafiliyinə və ya xroniki bir xəstəliyə işarə edər və erkən fərq edilməsi, irəli dövrdə ola biləcək boy kısalığını önləmək baxımından əhəmiyyətlidir.
Körpənin başətrafı ölçüsü hansı halda normaldır?
Başətrafı ölçülər beynin böyüməsini göstərən bir parametrdir. Odur ki, 0-3 yaş arasındakı uşaqlarda bu, nizamlı olaraq müşahidə edilməlidir. Doğumda 35 sm olan başətrafı ilk iki ayda orta hesabla 2 sm / ay, 2-6. aylarda 1 sm / ay, 6-12. aylarda isə 0.5 sm / ay böyüyər.Əgər doğumdan sonra normaldan böyük başətrafı ölçüləri halı varsa, bu, "hidrosefali” (beyin boşluqlarında genişləmə) kimi əhəmiyyətli xəstəlik deməkdir. Təbii ki, vaxtında görülən müayinə, diaqnoz və müalicə ilə qarşısı alınacaqdır.
Tarix: 06.01.2015 / 16:29 Müəllif: Aziza Baxılıb: 28 Bölmə: Valideynə məsləhət