Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaqlarınız arasında qardaş-bacı qısqanclığı

Uşaqlarınız arasında qardaş-bacı qısqanclığı varsa nə etməlisiniz?

Əvvəlcə bunu unutmayın ki, əgər uşağınızda qısqanclıq müşahidə edirsinizsə onu buna görə cəzalandırmayın, duyğularının haqlı və normal bir duyğu olduğunu qəbul etməlisiniz. Uşaqdan böyük olmasını tələb etməyin. Ondan ən qiymətli oyuncaqlarını, ən sevdiyi ailə fərdlərini, otağını paylaşmasını gözləməyin. Çünki bunu tələb edirsinizsə uşağınıza əvvəlkindən daha çox diqqət və sevgi göstərməlisiniz. Amma artıq ailəyə ikinci uşaq gəlib və onun da diqqət,qayğı və sevgiyə ehtiyacı vardır. Bu vəziyyətdə böyük uşağa əvvəlkindən daha cox vaxt ayırmaq çox çətin olur.Uşaq artıq qarşılığında daha yorğun, onun nazı ilə daha az oynayan bir ana, daha az diqqər ayıran bir ata görür. .Eyni şərtlər bizə də təqdim olunsaydı , biz də bu dəyişikliklərdən narazı olardıq. Bunun səbəbkarını yeni ailəyə gələn uşaqda görürlər . Bu zaman onunla çox ünsiyyət qurun və onun halını anladığınızı göstərin:"Başa düşürəm səninlə daha az oyun oynayıram və bu sənə pis təsir edir.","Balaca qardasın (bacın) qədər çox ağlayır deyilmi, istədiyin kimi səninlə oyun da oynamır. Amma bir az səbirli olsan qardaşının (bacının) böyüdüyünü görəcəksən və o səninlə oynaya biləcək"

Uşağınızın körpəni rəqib görməməsi üçün bəzən analar "sən böyüksən”, "o balacadı” və s bu kimi ifadələr işlədirlər. Amma bunu sözlə deməklə uşağı özündən kiçik bacı və ya qardaşının başa düşəcəyini gözləməyin. Bunun əvəzinə onun böyük olduğunu əməldə göstərməsinə kömək edin. Balacanın altını təmizləməsində, onu yedizdirməsində və s bu kimi hərəkətləri etməklə uşağınız balacanın ondan asılı olduğunu görəcək və bu qısqanclıq duyğusu azalacaqdır.

Arada böyük uşağınızla təkbətək zamanda bir az gəzintiyə çıxın. Onun köpəli oyuncaqlarına,geyimlərinə birlikdə baxın, onunla necə oynadığınızı danışın.

Unutmayın ki qardaş-bacı qısqanclığı hər uşağın yaşayacağı normal bir duyğudur. Əsası odur ki, siz öz uşağınızı anlamalı və ona bu hislərini düzgün istiqamətlənməsi üçün kömək etməlisiniz.


Tarix: 06.01.2015 / 16:08 Müəllif: Aziza Baxılıb: 45 Bölmə: Valideynə məsləhət
loading...