Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaqlarla oyun oynamağın əhəmiyyəti

Təhsil sisteminin ağırlığı səbəbi yilə indiki vaxtda uşaqların oyunu unutduğu, tamamilə dərslərə, imtahanlara və ev tapşırıqlarına əyildiyi əhəmiyyətli bir gerçəkdir. Məktəbdə məhdud olan oyun oynama zamanı, evdə də işləyən ana-ataların sıx həyat tərzi səbəbi ilə ümumiyyətlə maneə törədilməkdədir.
Ana-atalar da uşağın akademik müvəffəqiyyətinə bir xeyli sıxlaşaraq oyunun gücünü və əhəmiyyətini unutmuş vəziyyətdədir. Hətta bəzi valideynlər mağazaların oyuncaq hissəsindən keçərkən uşaqlarına "sən oyun oynayacaq yaşda deyilsən" kimi xəbərdarlıqlarla oyunu unutdurmağa çalışmaqdadır.

Maraqlanılacaq idman fəaliyyəti ümumiyyətlə bir yetkin tərəfindən nəzarət edildiyi üçün uşaq öz qərarlarını vermə və öz davranışının məsuliyyətini almaq kimi fürsətlərdən məhrum qalmış olmaqdadır. Buna qarşı, uşaq öz oyununu oynayarkən özü qaydalar qoymaqda, komanda qurmaqda və öz davranışının məsuliyyətini almaqdadır.
Edilən araşdırmalarda atası ilə oyun oynayan uşaqların, atası oyun oynamayan uşaqlara nisbətdə daha geniş bir təxəyyülə sahib olduğu göstərilməkdədir.

Anası ilə oyun oynayan uşaqların, uşağıyla oyun oynamağa zaman ayıra bilməyən anaların uşaqlarına görə anasıyla daha etibarlı bir münasibət qurduğu və daha müsbət inkişaf göstərdiyi təsbit edilmişdir. Ailəsiylə birlikdə oyun oynayan daha böyük uşaqların, ailəsi oyun oynamayanlara nisbətlə məktəblə daha müsbət bir münasibət qurduğu, ruhi olaraq daha sağlam olduğu, dostları ilə əlaqələrinin daha güclü olduğu və ailəvi yaxınlıqdan daha çox zövq aldıqları görülməkdədir.
Valideynlər uşaqlarına sərbəst, qurulmamış, yaradıcılıqlarını əks etdirə biləcəkləri kafi oyun zamanları təmin etməlidir. Bu sərbəst zamana ailələr də də qatılaraq uşaqları ilə oyun oynamalıdır.

Fiziki fəaliyyətdən, yaradıcılıqdan məhrum kompüter və televiziya yerinə, uşaqların aktiv oyunlar oynaması təmin edilməlidir. Uşağın kompüter və televiziyaya məruz qalma zamanını məhdudlaşdıraraq ona köməkçi oluna bilər. Yaşına uyğun, onların təxəyyülü və yaradıcılığını dəstəkləyən oyuncaqlar alınmalıdır. Məktəbdə aktiv bir rol alaraq uşağın kafi sərbəst oyun zamanı aldığına əmin oluna bilər.


Tarix: 06.01.2015 / 16:23 Müəllif: Aziza Baxılıb: 58 Bölmə: Valideynə məsləhət
loading...