Körpəniz mənasız üzünüzə baxır, o, sizin simanızı əzbərləyir. Onun üçün nə qədər əhəmiyyətli olduğunuzu hər keçən gün daha çox qavrayır.
Körpəniz 8-12 aylıqdırsa, siz otaqdan çıxdığınız zaman üz-gözünü turşudursa, sizi axtarırsa, 2 dəqiqə belə yanından ayrılmanıza icazə vermirsə, siz gəldiyiniz zaman onun yerini şirin gülüş alırsa, bu artıq "sənsiz bir günüm olmasın, ANA!" - deməkdir.
1-2 yaş arasındakı uşaqlar səni sevirəm sözünün mənasını bilmirlər, amma hərəkətləri sözlərdən daha çox şeyi ifadə edir, üzgün olduğu zaman sizə sığınır bu da sizə olan sevgisinin sübutudur.
Uşağınız bağçadan topladığı çiçəkləri həvəslə sizə gətirirsə, demək ki, sizi xoşbəxt görmək istəyir.
Övladınızın sizə kömək etmək istəyi, sizə kömək etməklə özünə heyran buraxmaq istəyidir və sizdən bir "afərin" sözünü gözləyir.
Tarix: 06.01.2015 / 16:28 Müəllif: Aziza Baxılıb: 35 Bölmə: Valideynə məsləhət