Qaymaqlı xalçaları – Qazax xalçaçılıq məktəbinin Qazax qrupuna daxil olan xovlu xalçalar.Mündəricat
1 Ümumi məlumat
2 Bədii analiz
3 Texniki xüsusiyyətlər
4 Mənbə
5 Həmçinin bax
6 Xarici keçidlər
Ümumi məlumat
Qaymaqlı xalçası öz adını Gəncə-Qazax düzənliyində, Qazax rayonunun ərazisindəki İncəsu çayının (Kürün qolu) sahilində, Qazax şəhərindən 32 km şimal-qərbdə yerləşən Qaymaqlı kəndinin adından götürülmüşdür. "Qaymaqlı xalçaları"nı xalçaçılarımızın bir çoxu "Ləmbəli xalçası" və ya "Borçalı xalçası" hesab edirlər.
Bədii analiz
Qaymaqlı xalçalarının orta sahəsi ritmik təkrarlanan rombşəkilli naxışlarla doldurulmuş bir göldən, şaquli istiqamətdə uzanmış altıbucaqlı medalyondan ibarətdir. Gölün daxilindəki sərbəst sahələrə isə kiçik ulduzşəkilli naxışlar yerləşdirilmişdir. Bayram görkəmində olan bu xalaçaya gücləndirilmiş müxtəlif rənglər xüsusi görkəm verir.
Qaymaqlı xalçalarının toxunması son dövrlər artdığına görə onlar özlərinin əvvəlki görkəmini itirmişlər. XIX əsrin əvvəlinə aid xalçalar həm görkəminə, həm də keyfiyyətinə görə sonralar toxunan xalçalardan çox fərqlənir.
Texniki xüsusiyyətlər
Bəzən sahəsi 4-5 kvadrat metrə çatan "Qaymaqlı xalçaları" əsasən kiçik ölçüdə olur. Nadir hallarda daha böyük ölçülü xalılara rast gəlmək olur.
"Qaymaqlı xalçaları"nın bir kvadrat desimetrdə ilmələrin sıxlığı 26x26 ilmədən 30x30 ilməyə qədər yerləşir. Bir kvadrat metrdə isə 70 min ilmədən 90 min ilməyə təsadüf edilir.
Qaymaqlı xalçalarında xovun hündürlüyü 8-12 mm-dir.
Tarix: 24.03.2013 / 16:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 157 Bölmə: Toxuculuq