Gədəbəy xalçaçılıq məktəbi - Azərbaycanın digər xalçaları kimi Gədəbəy xalçaları da qədim və zəngin tarixə malikdir.İstehsalı
Şəkildə təsvir olunan xalça Gəncədən 50km qərbdə yerləşən Gədəbəy rayonunda istehsal olunur. Yaxın keçmişə qədər Gədəbəy xalçaçılıq məktəbinin istehsal mərkəzləri həm də Çaykənd və Gölkənd (müasir Ermənistan ərazisində yerləşən kənd orada "Qara qoyunlu" adlanırdı ) kəndləri idi. Gədəbəydə həm də "Şamxor", "Çıraxlı", "Faxralı" tipli xalçalar (onları Gəncənin müxtəlif rayonlarında toxuyurdular) və "Qazax" xalçaları istehsal olunurdu.
Bədii xüsusiyyətləri
Xalçanın ara sahəsi şaquli istiqamətdə uzanmış ulduzşəkilli medalyonlarla bəzədilmişdir. Onların arasında uzunsov düzducaqlılar yerləşdirilib. Bu düzbucaqlıların daxilinə hörülmüş şaquli formaların sonlarında buynuzvari burumlar (qıvrımlar) var. Kontur xətli bütün mərkəzi hissə haşiyə naxışı şəklindədir. "Qaragöz" haşiyəsi ön planı arxa plandan ayırmaqla yanaşı onu həm də formalaşdırır. Ön planda yerləşən gətəbə şəkilli göy rəngli göllər və göllərin arasında yerləşən sarı rəngli düzbucaqlı elementlər "Gədəbəy" xalçalarının dekorunda əsas xarakterik elementlərdir. Ara sahənin arxa planı, adətən, naxışsız və hamar olsa da rəngi birincidən tünd olur. Ara sahəsi düzbucaqlılara və ya kvadratlara bölünən "Gədəbəy" xalçalarına da rast gəlinir. "Gədəbəy" xalçalarının köbə zolağı Gəncə - Qazax xalçalarına məxsus sadə naxışlı zolaqlardan ibarətdir.
Texniki xüsusiyyətləri
Adətən, "Gədəbəy" xalçaları 150x240sm ölçüdə və ya daha uzunsov formada istehsal olunur. İlmələrin sıxlığı: hər kvadrat desimetrdə 32x32 ilmədən 38x38 ilməyə qədər yerləşir (hər bir kvadrat metrdə 102 min ilmədən 144 min ilməyə qədər). Xovun hündürlüyü 6-8mm-dir.
Tarix: 24.03.2013 / 15:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 245 Bölmə: Toxuculuq