Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nəlbəki-gül xalçası

Nəlbəki-gül – Qarabağ tipinin Şuşa qrupuna aid edilən xovlu xalça.Mündəricat
1 Ümumi məlumat
2 Bədii analiz
3 Texniki xüsusiyyətləri
4 Mənbə
5 Xarici keçidlər


Ümumi məlumat

Qarabağ tipinin Şuşa qrupuna aid edilən bu xalçaların xalq arasında "Nəlbəki–gül" adlandırılmasına baxmayaraq, Şuşa xalçaçıları tərəfindən "Minaxanım" və ya "Minaxanı" adlandırılır. Etibarlı mənbələrdən məlumdur ki, Mina xanım adlı birisi XVIII əsrin II yarısında Bərdə şəhərindən yenidən salınmış Şuşa şəhərinə gəlir.O, xalçaçılıqla və bağçılıqla məşğul olurdu. Onun toxuduğu bitki ornamentli xalçalar tez bir zamanda Qafqazın, Cənubi Azərbaycanın, İranın və Türkmənistanın bütün xalçaçılıq məntəqələrində yayılır. Yuxarıda sadalanan xalçaçılıq məntəqələrində toxunan eyni ornamentli xalçalar "Minaxanı" adını almışdır.

Bədii analiz

"Nəlbəki–gül" və ya "Minaxanı" adlanan bu xalçaların orta sahəsinin kompozisiyası budaqlarda yerləşdirilmiş kiçik, həmçinin böyük dairəvi bitki elementlərindən ibarətdir. Simmetrik, bəzən də assimetrik yerləşdirilməsinə və çox sadə ifadə olunmasına baxmayaraq, bu elementlər Qarabağ xalçalarına məxsus olan gözəlliyi, sadəliyi özlərində təcəssüm etdirirlər. Bu kompozisiyada ən çox diqqəti çəkən səkkiz ləçəkli dairəvi formanın rəngidir. Orta sahəni əhatə edən orta haşiyə bu xalçalar üçün səciyyəvi olan haşiyə zolaqlarıdır. Haşiyənin orta sahə ilə proporsionallığı, onların uyğunluğu, həmçinin, tünd rənglərin ahəngdarlığı xalçanın bədii dəyərini artırır.

Texniki xüsusiyyətləri

"Nəlbəki – gül" xalçaları 120 – 180 – dən 200 – 300 sm- dək olur. Xalı – gəbə komplektinə də rast gəlinir ( XIX əsrin IV rübündən bu təsvir üzrə hazırlanan bir ortalıq xalısı və iki yanakı gəbə). Düyünlərin sıxlığı: hər kvadrat desimetrdə 37X37 – dən 42X42 – dək düyün yerləşir ( hər kvadrat metrdə 140 000 – dən 180 000 – dək düyün). Xovun uzunluğu 7 – 10 mm – dir. "Nəlbəki–gül" ən yaxşı Qarabağ xalçalarından hesab edilir.


Tarix: 24.03.2013 / 15:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 178 Bölmə: Toxuculuq
loading...