Ladı - xovsuz xalça növü.
Bu texnika da palaz texnikasının bir növü hesab edilə bilər. Lakin bu texnika palaz toxunma texnologiyasında xeyli fərqlənir. Ladının toxunuşu zamanı hər dəfə arğac-ərişlərin arasından müəyyən say əsasında keçirilir. Ladını toxumaq üçün yer hanasından (sadə toxucu dəzgah) istifadə edirlər. Digər xalça növlərindən fərqli olaraq şəddə və xalça məmulatı olan örkən kimi ladı da əvvəllər evdə deyil həyətdə torpağın üstündə yer hanasını üfüqi vəziyyətdə uzatmaqla toxunurdu.
Ladının ənənəvi mərkəzləri Qazax və Xızı hesab olunur. Bu gün ladının əsas istehsal mərkəzləri Yardımlının, Lerikin, Astaranın dağ kəndlərində yerləşir. Ladı rəngli arğac sapların müəyyən hesabla ərişdən keçirilməsi yolu ilə hazırlanır. Nəticədə məmulatın daralan və genişlənən naxışlar şəklində bədii xüsusiyyətləri üzə çıxır. Ladıdan örtük, ayaqaltı, otaq arakəsməsi qismində istifadə olunurdu. [1]
Hal-hazırda ladı texnikasında işləyən toxucuların əksəriyyəti Azərbaycanın dağ kəndlərinin sakinləridir. Çünki burada yaşayan əhali arana-dağa köç edərkən yüngül olduğundan ladıdan, eləcə də müxtəlif yüklərin daşınmasında örkən hələ də istifadə edirlər.
Tarix: 24.03.2013 / 15:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 162 Bölmə: Toxuculuq