Bakı xalçaları – Abşeron xalçaçılıq məktəbinin Bakı qrupuna daxil olan xovlu xalçalar.Mündəricat
1 Ümumi məlumat
2 Bədii analiz
3 Texniki xüsusiyyətlər
4 Mənbə
5 Xarici keçidlər
Ümumi məlumat
Ta qədimdə Bakının qədim "İçəri şəhər" hissəsində zərif və yüksək keyfiyyətli xalçalar istehsal olunurdu. XVIII əsrdə toxunmuş belə xalçaların bəzi nümunələri hal-hazırda İstanbulun "Türk və İslam eserləri muzesi" muzeyində saxlanılır. Bakı xalçalarını da belə xalçalara aid etmək olar.
Bakı xalçalarını adətən Qala, Novxanı, Maştağa kəndlərində toxuyurdular. Bəzən xalçaçılarlar bu xalçanı "Qobustan" adlandırırdılar. İlk toxunmuş xalçaları ilə sonradan toxunan xalçalar arasında fərqlər mövcuddur.
Bədii analiz
"Bakı xalçası"nın göl yeri adətən, sürməyi rəngdə olur. Təsadüfi hallarda qırmızı və ağ rəngli yerliyi olan xalçalara da rast gəlinir. Kənar haşiyələrinin rəngi xalçanın ümumi görkəminə uyğun olaraq dəyişir.
Bakı xalçalarının orta sahəsinin kompozisiyası şaquli oxda bir-birinin ardınca yerləşmiş böyük dördbucaqlı göllər təşkil edir. XVIII əsrin sonlarına qədər bu xalçanın orta sahəsində dörd və ya beş göl yerləşirdi. Bu xalçalar Bakı xalçası adını aldıqdan sonra isə onun orta sahə kompozisiyasında dəyişiklər baş verd. Belə ki, göllər cütləşdi.
"Quyu çarxı", "Kərtənkələ", "Ərsin" və ya "Kürək" kimi naxışlarla göllərin üzü bəzədilmişdir: . Göllərin ətraflarına isə digər doldurucu naxışlar vurulmuşdur.
"Bakı" xalçalarının ara sahəsi ara haşiyədən, bir zəncirədən və dörd mədahildən ibarət olan enli köbə zolağı ilə dövrələnmişdir. Ara haşiyənin əsas elementi "şamdan"dır. "Şamdan" təsvirləri növbə ilə müxtəlif tərəflərə yönəldilmişdir. Xalçanın ara haşiyəsində yağqabının üslublaşdırılmış təsvirini görmək olar. Xalçaçılar bu elementi "Qədim heykəl" adlandırırdılar.
Texniki xüsusiyyətlər
"Bakı xalçaları"nın ölçüsü təqribən 100x150 sm-dən 110x1800 sm-ə qədər dəyişir. Bəzən iki göllü dördbucaqlı kvadrat xalçalara rast gəlinir.
İlmələrin sıxlığı: bir kvadrat desimetrdə 38x38 ilmədən 45x45 ilməyə qədər yerləşir. Beləliklə bir kvadrat metrdə 145 min ilmədən 200 min ilməyə qədər düyün vardır. "Bakı xalçaları"nın xovunun hündürlüyü 5 mm-dən 7 mm-ə qədərdir.
Tarix: 22.03.2013 / 16:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 407 Bölmə: Toxuculuq