Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan Xalçası Muzeyi (Naxçıvan)

"Azərbaycan Xalçası" Muzeyi — Naxçıvan şəhərində muzey.

1998-ci ilin aprelində Naxçıvan xalça muzeyi kimi təşkil olunmuş muzey az sonra "Azərbaycan Xalçası" Naxçıvan Muxtar Respublikası Dövlət Muzeyi adlandırılmışdır. Naxçıvan şəhərində 200 illik tarixə malik "Xan evində" yerləşir. Burada bütün xalça növlərinin (xovlu və xovsuz kilim, sumax, vərni, şəddə, palaz, cecim və.s.) və xalça məmulatlarının (məfrəş, heybə, çanta, torba, xurcun, örkən və.s.) nümunələri nümayiş etdirilir. Muzeydə Gəncə-Qazax, Quba-Şirvan, Qarabağ, Təbriz-Naxçıvan xalçaçılıq məktəblərinə məxsus XVIII-XIX əsrlərə aid xalça nümunələri saxlanılır. Çeşnilərinə görə "Qollu çiçi" "Pirəbədil", "Alpan", "Qədim əfşan", "Ovçuluq", "Zili", "Köhnə buta", "Naxçıvan", "Qasımuşağı", və s. yanaşı, süjetli xalçalar əhəmiyyətli yer tutur.

Muzeydə məişət əşyaları - mis məcməyilər, saxsı və çini qablar, qədim kişi və qadın milli geyimləri də nümayiş etdirilir. Burada respublika xalçaçılarını sərgisi təşkil olunur, sənət adamları ilə görüşlər keçirilir və video lentə alınıb muzeyin fondunda saxlanılır. Həmçinin muzeyin nəzdində Mömünə xatun türbə muzeyi də fəaliyyət göstərir. Respublikada yeganə olan bu muzeydə xalqımızın atabəylər dövrü tarixinə dair dəyərli məlumatlar verilir.


Tarix: 22.03.2013 / 16:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 273 Bölmə: Toxuculuq
loading...