Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bulud xalçası

Bulud[1] – Qarabağ tipinin Şuşa qrupuna daxil olan xovlu xalça.Mündəricat
1 Ümumi məlumat
2 Bədii analiz
3 Texniki xüsusiyyətlər
4 İstinadlar


Ümumi məlumat

Qarabağ tipinin Şuşa qrupuna daxil olan və “Bulud” adı ilə məşhur olan xalçalar Şuşada XIX əsrin yarısından etibarən Avropa və rusiya incəsənətinin təsiri altında yaradılmışdır. Onlar Bağçadagüllər xalçası ilə eyni zamanda yaranmışdır. Qeyd etmək lazımdır ki, orta sahədə qoyulmuş medalyon formalı element Avropa dekorativ incəsənətinin bütün sahələrində istifadə olunan ornament tipidir. "Bulud" adlanmasına baxmayaraq, kompozisiyada bulud təsvirindən əsər – əlamət yoxdur.

Bədii analiz

Xalçanın adı «blyudo» rus sözünün təhrif edilmiş variantından yaranmış və sadə xalq dilində "bulud" kimi yayılmışdır. Xalça iri yarpaq elementlərdən təşkil olunmuşdur. Bu elementlərə parlaq çiçək təsvirləri yerləşdirilir. Xalçanın haşiyəsi də bu tərzdə tərtib olunur.


Tarix: 22.03.2013 / 16:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 225 Bölmə: Toxuculuq
loading...