Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Buynuz xalçası

Buynuz xalçası – Qarabağ xalçaçılıq məktəbinə aid olan xovlu xalça.Mündəricat
1 Ümumi məlumat
2 Bədii analiz
3 Texniki xüsusiyyətlər
4 Həmçinin bax
5 Mənbə
6 Xarici keçidlər


Ümumi məlumat

"Buynuz xalçaları" "Qarabağ" tipinə daxildir. Onlar Dağlıq Qarabağın müxtəlif xalçaçılıq məntəqələrində hazırlanırdı. Etibarlı mənbələrdən məlumdur ki, onun əsas istehsal mərkəzləri Horadiz və Füzuli rayonunun digər xalçaçılıq məntəqələri idi. XIX əsrdə Gəncənin xalçaçılıq müəssisələrinə daxil olan "Buynuz xalçaları" yerli xalçaların texniki xüsusiyyətlərini ehtiva edərək onlarla assimlyasiyaya uğramışdır. Gəncədə inkişaf edərək "Buynuz xalçaları" "Tapança", "Gəncə" və s. adlarını daşımışdır.

Bədii analiz

Qədim zamanlarda Mərkəzi Asiyada, Yaxın Şərqdə, o cümlədən, Azərbaycanda buynuzlu heyvanlar müqəddəs hesab edilirdi. Əvvəlcə, təsərrüfatla, məhsul yığımı ilə, daha sonralar totemçiliklə, lap sonralar isə astronomik anlayışlarla əlaqədar olaraq, buynuzlu heyvanlar müxtəlif təsəvvür və rəmzlərə malik olmuşlar. Hələ qədim zamanlardan buynuz kişilik, mərdlik və qoçaqlıq rəmzi hesab edilir. Buynuz təsvirlərinə qədim türk xalqlarının xalçaçılıq əsərlərində, ağac məmulatlarında, keçə məmulatlarında tez – tez rast gəlinir. İndi də Azərbaycanın bir sıra rayonlarında qapı və darvazlardan mərdlik və cəsarətin simvolu kimi buynuzlu heyvanın başı asılır. Qeyd etmək lazımdır ki, realistik üsulla və ya üslublaşdırılmış formada təsvir olunan incəsənət abidələrində qoçun və ya öküzün buynuzları mərdlik və cəsarət rəmzi hesab edilirdi. Lakin sonluqları bir–birinə yaxın yerləşdirilimiş, yəni yarımay və ya daha dəqiqi, ayın göründüyü birinci gündən yeddinci günədək olan halı formasında təsvir edilmiş buynuzlar güc və qoçaqlıq simvolu deyil, Ayın şərti təsviri hesab edilirdi ki, astrokult tərəfdarları bunu müqəddəs və ilahi qüvvə kimi qəbul edirdilər. Yaxın Şərq, Qafqaz və xüsusilə də türk xalqlarının dekorativ incəsənəti üçün səciyyəvi olan buynuz təsvirinə yalnız bu xalçada rast gəlinmir. Müxtəlif formalarda bu təsvirə digər xalçalarda və başqa sənət əsərlərində rast gəlmək olar. Xalqımızın bu xalçaya "Buynuz" adını verməsi heç də təsadüfi deyildir. Orta sahəsinin kompozisiyasının bütünlüklə üslublaşdırılmış buynuzlardan təşkil olunduğu bu xalçanın meydana gəlməsi fantastik təsəvvür və inanclarla bağlıdır. Buynuzların təsviri müasir dövrdə öz ilkin mənasını itirmişdir və hal–hazırda yalnız ornamental–dekorativ əhəmiyyətə malikdir. Xalçanın orta sahəsinin bəzəyini təşkil edən,formasına görə bir–birinə bənzəyən elementlər bədii ənənəyə və ümumqəbul edilmiş qaydaya görə, üfüqi şəkildə bir–birinin ardınca sıra ilə düzülür. Bu "buynuz"ların assimetrik quruluşu həm xalçaya canlılıq gətirir, həm də belə xalçaları istənilən ölçüdə toxumaq imkanı verir. Bu "buynuz"ların ətrafında yerləşmiş, xalçanın əsas elementini təşkil edən detallar bu kompozisiyada boşluqları dolduran element rolunu oynayır. "Buynuz"ların rənglərinin müxtəlifliyi xalçanın ümumi ahəngdar çalarına xələl gətirmir[1].

Texniki xüsusiyyətlər

"Buynuz xalçaları" müxtəlif ölçüdə toxunur. XVIII – XIX əsrlərdə xalı–gəbə komplektində toxunan "Buynuz xalçaları"na da rast gəlinirdi. Düyünlərin sıxlığı: hər kvadrat desimetrdə 30X30 – dan 36X36 –dək düyün yerləşir ( hər kvadrat metrdə 90 000- dən 150 000 – dək düyün). Xovun uzunluğu: 7 – 9 mm – dir. "Buynuz xalçaları" ən yaxşı Qarabağ xalçalarından hesab edilir[2].


Tarix: 22.03.2013 / 16:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 371 Bölmə: Toxuculuq
loading...