Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan xalçaçılıq məktəbləri

Azərbaycan xalçaçılıq məktəbləri

Əsrlər boyu qədim Azərbaycanın müxtəlif regionlarnda müxtəlif xalçaçılıq məktəbi inkişaf etmişdir. Təbrizdə, Ərdəbildə, Qubada, Bakıda, Şirvanda, Gəncədə, Qazaxda, Qarabağda, Naxçıvanda və digər bölgələrdə toxunan xalçalar yunun keyfiyyəti, boya komponentləri, boyaq və toxuma texnologiyaları, dizayn, orijinal həndəsi naxışlar və obrazları ilə bir-birindən fərqlənmişdir.[1]

Azərbaycan xalçaları sənət sahəsi kimi həm coğrafi mövqeyinə, həm də naxış, kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərinə istehsalına görə şərti olaraq 7 xalçaçılıq məktəbinə bölünür:[2] [3]

Təbriz xalçaçılıq məktəbi
1. Quba xalçaçılıq məktəbi
Əsas məqalə: Quba xalçaçılıq məktəbi

Azərbaycanın şimal-şərqində yerləşən Quba xalça mərkəzi üç hissəyə bölünür: dağlıq, dağətəyi və ovalıq hissələr.
2. Abşeron xalçaçılıq məktəbi
Əsas məqalə: Abşeron xalçaçılıq məktəbi
3. Şirvan xalçaçılıq məktəbi
Əsas məqalə: Şirvan xalçaçılıq məktəbi
4. Gəncə xalçaçılıq məktəbi
Əsas məqalə: Gəncə xalçaçılıq məktəbi
5. Qazax xalçaçılıq məktəbi

Orta əsrlərdə Qazax xalçaçılıq məktəbində istehsal olunan xalçalar Gəncə, Bərdə, Bakı, Tiflis bazarlarında geniş yayılmışdı. Bu xalçalar başqa xalçalarından nisbətən ucuz olsa da, öz möhkəmliyi ilə seçilirdilər.

Qazax xalçaçılıq məktəbi üç əsas qrupa bölünür: Qazax qrupu, Borçalı qrupu, Göyçə qrupu.[4]
Əsas məqalə: Qazax xalçaçılıq məktəbi
6. Qarabağ xalçaçılıq məktəbi

Qarabağ xalçaçılıq məktəbi üç əsas qrupa bölünür: Cəbrayıl qrupu, Şuşa qrupu, Aran qrupu.

Qarabağda mövcud olan çoxsaylı sənət növlərindən aparıcı yeri xalça sənəti tutmuşdur. Bu bölgədə qoyunçuluğun inkişafı ilə əlaqədar qara, boz, çal, qumral rəngli qoyun yunun bolluğu və boyaq xassəli zəngin bitki örtüyü mənbələri və istedadlı toxucu qüvvəsinin olması Qarabağın ənənəvi bədii xalça məktəbi kimi formalaşmasına səbəb olmuşdur.[5]
Əsas məqalə: Qarabağ xalçaçılıq məktəbi
7. Təbriz xalçaçılıq məktəbi

1828-ci il fevralın 10-da Rusiya ilə İran arasında Təbriz yaxınlığındakı Türkmənçay kəndində sülh müqaviləsi bağlandıqdan sonra Təbriz xalçaçılıq məktəbinin xalça nümunələri bütün dünyada İran xalçaları adı ilə tanındı.[6] Təbriz xalçaçılıq məktəbi iki əsas qrupa bölünür: Təbriz qrupu, Ərdəbil qrupu.


Tarix: 22.03.2013 / 16:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 571 Bölmə: Toxuculuq
loading...