Kəmərli xalçaları - Azərbaycan xalçaçılıq məktəblərindən olan Qazax xalçaçılıq məktəbinin Qazax qrupuna aid olan xovlu xalça növü.Mündəricat
1 İstehsalı
2 Bədii xüsusiyyətləri
3 Texniki xüsusiyyətləri
4 Mənbə
5 Həmçinin bax
İstehsalı
"Kəmərli xalçaları" öz adını Qazax şəhərindən 38 km şimal-qərbdə yerləşən Kəmərli kəndinin adından almışdır. Kənd Qazax rayonunun Qaymaqlı, Şıxlı, Salahlı kimi tanınmış xalçaçılıq məntəqələrinin arasında yerləşir. Kəmərli, hər şeydən əvvəl, xovsuz xalçaların ("zili") və məişət əşyalarının (çul, xurcun və s.) istehsal mərkəzidir. "Kəmərli" xalçaları təkcə Kəmərli kəndində deyil, Ermənistan Respublikasının və Gürcüstan Respublikasının Kəmərli kəndinə yaxın olan eyni adlı xalçaçılq məntəqələrində də istehsal olunmuşdur.
Bədii xüsusiyyətləri
"Kəmərli xalçaları"nın bədii xüsusiyyətləri "Qaçağan xalçaları"nda olduğu kimidir. Yeganə fərq ondan ibarətdir ki, buradakı mərkəzi medalyonlar ara sahədə daha sərbəst yerləşmişdir[1].
Texniki xüsusiyyətləri
"Kəmərli xalçaları"nın ölçüsü, adətən, böyük olmur. Uzunsov formatlı və böyük ölçülü "kəmərli xalçaları"na nadir hallarda rast gəlinir.
"Kəmərli xalçaları"da bir kvadrat desimetrdə ilmələrin sıxlığı 30x30 ilmədən 35x35 ilməyə qədər yerləşir. Bir kvadrat metrdə isə 90 min ilmədən 120 min ilməyə təsadüf edilir.
"Kəmərli xalçaları"nın xovu digər Qazax xalçalarının xovundan 6-8 mm qısadır.
Tarix: 24.03.2013 / 15:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 130 Bölmə: Toxuculuq