Diş çürükləri dişin sümük toxumasının müxtəlif mikroblar tərəfindən zədələnməsi ilə də yaranır.
Ağız boşluğunun mikroblarla çirklənməsi, ağız suyunun azalması və tərkibinin dəyişməsi diş sümük toxumasının möhkəmliyinin azalması da bu prosesə təsir edir.
Yeyilən qidalarla əlaqədar yaranan turşu tarazlığı istilik səviyyələrində dəyişkənliklər yarada bilər.
Bu zaman dondurma və ya isti çay içənlərdə 0 ilə 70 dərəcə arasındakı istilik fərqləri nəzərə alınmalıdır.
Onuda qeyd etmək lazımdır ki, bunların üzərinə 200-ə çatan çeynəmə qüvvəsi əlavə edilir.
Bu cür proseslərdə yaranan diş ərpi isə diş emalını və dentin təbəqəsini dağıdaraq kariesin əmələ gəlməsinə səbəb olur.
Kariesin səbəblərindən biri də ağız şirəsinin çatışmazlığıdır. Ağız şirəsi qida qalıqlarını yuyur və antiseptik təsir edir (ağız şirəsinin tərkibinə xüsusi antimikrob zülal vardır).
Möhkəm emal və dentinin olması mikrobların dişlərə olan mənfi təsirinə mane olaraq kariesin də əmələ gəlməsinin qarşısını alır. Emal və dentinin möhkəmliyi irsi faktorlardan asılıdır. Bundan başqa, dişlərin möhkəmliyi uşaq dövründən etibarən qəbul etdiyi qidaların keyfiyyətindən, az və ya çox xəstələnməsindən də asılıdır. Yuxarı yaşlı uşaqlarda kəskin və xroniki xəstəliklərin olması, bədəndə baş verən hormonal dəyişikliklər, müxtəlif qan xəstəlikləri az bir zaman ərzində 10-dan artıq dişdə kariesin əmələ gəlməsinə səbəb ola bilər.
Bundan əlavə çoxsaylı dişlərdə kariesin inkişaf etməsi bədəndə kalsium mübadiləsinin pozulmasını da göstərir.
Tarix: 19.01.2015 / 13:03 Müəllif: Aziza Baxılıb: 20 Bölmə: Stomatologiya