Bildiyimiz kimi, dişlərin təbii rəngi, illər keçdikcə bəzi içki və qida artıqlarından, çaydan, kofedən və siqaretdən istifadə nəticəsində tündləşir.
Tetrasiklin kimi bənzəri dərmanlar da dişlərin daxili rənglərinə mənfi təsir göstərir. Bu cür hallar insan psixologiyasına da zərər edir.
Bəziləri dişlərin bəyazlığı üçün çoxlu pul xərcləyir. Bəziləri də təbii və gözəl təbəssüm üçün bir sıra əməliyyatlarda iştirak edir.
Son zamanlarda diş bəyazlığında istifadə olunan effektiv üsullardan biri lazerlə diş bəyazlatmadır.
Məlumata görə bu üsulun tətbiqi mükəmməl nəticələr verdiyindən günümüzdə olduqca məşhurdur.
30-45 dəqiqə sürən lazerlə diş bəyazlatma əməliyyatı tündləşmiş, rəngini itirmiş dişləri tam olaraq bəyazlaşdırır.
Ev mühitində isə diş həkiminin verdiyi şəffaf bəyazlatma geli 7-10 gün ərzində dişləri göz qamaşdıran bəyazlığa çatdırır.
Lakin, bütün bunlardan əlavə diş bəyazlatmada yeyilən və içilən qidalara da fikir vermək lazımdır. Xüsusi ilə dişləri təmizlədikdən sonra içilən bəzi içkilər diş rənginə siqaret kimi pis təsir göstərir. Bu baxımdan dişləri bəyazlatdıqdan iki həftə ərzində çay, kofe, şərab, portağal, kola kimi içkilərdən və siqaretdən uzaq olmaq lazımdır. Çünki, bunların tərkibində rəngləndirici maddələr var.
Bu prosesdə müəyyən nisbətdə diş həssaslığı meydana gələ bilər. Ona görə isti və soyuq qidalardan az miqdarda istifadə etmək lazımdır.
Tarix: 19.01.2015 / 12:57 Müəllif: Aziza Baxılıb: 28 Bölmə: Stomatologiya