Türkiyəli Dr. Öner Nergizin sözlərinə görə "Edilən elmi tədqiqatlar, ağız və diş sağlamlığı problemlərinin ürək, sümük və üst tənəffüs yolu xəstəlikləri kimi sistematik xəstəliklərə təsir etdiyini sübut edib. Həmçinin erkən doğum və aşağı çəkili körpə doğumuna səbəb olduğu da məlum olub.
Diş çürüklərini qorumada diş fırçalama, nizamlı və sağlam qidalanma, ehtiyac olduqda diş həkiminə getmək və flüor istifadəsi əhəmiyyətlidir. Flüorun, çürük meydana gəlməsini önləyici təsiri elmi olaraq sübut edilmişdir. Uşaqlarda çürük riskinin yüksək olduğu dövrlərdə və məktəblərdə tətbiq olunacaq ən uyğun qoruyuculardan bir dənəsidir. Bu səbəblə Amerika, Kanada, Avstraliya və bəzi Avropa ölkələri başda olmaq üzrə bir çox ölkədə uzun illərdən bəri "flüor" də tətbiq edilir.
Onuda qeyd etmək lazımdır ki, çürüklərin, diş əti xəstəliklərinin və diş daşlarının səbəbi, yeməklərdən sonra dişlərimizin üzərində yığılan yemək artıqları və bakteriya təbəqəsinin (bakteriya düyününün) olmasıdır. Təmizlənməyən bakteriya valı zaman içində ağız mühitinin "turşu" hala gəlməsinə səbəb olaraq bakteriya törəməsinə, çürüklərə və diş əti xəstəliklərinə şərait yardır.
Ağız və dişlərin yaxşı bir şəkildə təmizlənməsi üçün hər yeməkdən sonra dişlər fırçalanmalıdır, Diş əti çəkilməsi olanlar və ya protez istifadə edənlər isə "ara üz fırçası" ilə təmizlik etməlidirlər.
Tarix: 19.01.2015 / 13:01 Müəllif: Aziza Baxılıb: 27 Bölmə: Stomatologiya