Diş çürüklərinin meydana gəlməsində üç əsas faktorun olduğu deyilir. Bunlara həssas bir diş səthi, mikroorqanizmlər üçün əlverişli yemək artıqları, bunların parçalanmasına və turşu meydana gəlməsinə gətirib çıxaracaq mikroorqanizmlərin varlığı. Qidalar içində isə diş çürüməsinə ən çox səbəb olanlara karbohidratlar, şəkərli qidalar aid edilir.
Dişlərə lazimi qaydada qulluq edilsə və baxımlarına diqqət göstərilsə, mikroblar onlara zərər verə bilməzlər.
Diş çürüyü, dişdə olan oyuqlar dişin quruluşunu pozan və öz-özünə tam sağalmayan bir diş xəstəliyi hesab olunur.
Dişlər yaxşı təmizlənməyəcək olsa, üzərində qida artıqları və mikroblar yığılar. Ağız daxilindəki bakteriyalar yemək artıqlarındakı şəkərli maddələrdən istifadə edərək onları şəffaf, yapışqan bir maddə halına gətirir və dişlərə yapışmasını təmin edər. Bu yığınlara val deyilir. Bu vallar bakteriyaların diş üzərində dayanmalarını asanlaşdırır. Qidaların dadlandırılması üçün istifadə edilən şəkərli maddələrin içində olan turşuda, dişlərə zərər verə bilər. Onuda qeyd etmək lazımdır ki, turşu diş minasının əriməsinə səbəb olur. Beləcə ibarət olan ərimə bölgələrindən daxil olan mikroblar asanca aşağıdakı yumşaq toxumaya çata bilər.
Turşular dişin qoruyucu təbəqəsi olan diş minası üzərində kiçik dəliklər yaradır. Bu dəliklərin gedərək genişləndiyi və kiçik çalalar halına gəldiyi bildirilir.
Diş minasının əriməsindən sonra çürük sürətlə irəliləyir, altdakı təbəqədə geniş və dərin bir oyuq meydana gətirir. Diş çürüyü dişin özünə doğru irəlilədikcə dişlər ağrımağa başlayır. Çürük daha da inkişaf edir. Dişin bu bölgəsində və çənə sümüyü içərisində irin meydana gəlməyə və yığılmağa başlayır. Buna diş absesi (diş iltihabı, diş şişməsi) deyilir. Əgər diş həkimi tərəfindən ilkin mərhələdə müalicə edilməyəcək olsa çürük diş üçün daha çətin, mürəkkəb müalicələr tələb edə bilər.
Diş ərpi, diş ətlərinin əhəmiyyətli xəstəlik səbəblərindən biridir. Yeməklərdən sonra dişlərin fırçalanması və diş ipindən istifadə edərək yemək artıqlarının çıxarılması dişlərin çürüməsini, diş əti xəstəliklərinin meydana gəlməsini və inkişafını önləyir.
Tarix: 19.01.2015 / 12:49 Müəllif: Aziza Baxılıb: 46 Bölmə: Stomatologiya