Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxusuzluq sağlamlığa zərbədir

Vaxtında dincəlməyən orqanizm, baş-beyin bir müddətdən sonra ağır fəsadlarla üzləşir.
Bəzən televiziya, video, kompyuter bizi özünə elə çəkir ki, bir də onda xəbər tuturuq ki, artıq gecdir, yuxunun vaxtı çoxdan keçib. Yuxusuzluq isə, bəlkə də, insanın sağlamlığına zərbə vuran ilkin bəlalardan biridir. Çünki vaxtında dincəlməyən orqanizm, baş-beyin bir müddətdən sonra ağır fəsadlarla üzləşir: səhhətdə bir sıra çatışmazlıqlar meydana çıxır, beyinin funksiyaları pozulur ki, bu da çox zaman mücərrəd düşünmə və yanlış dəyərləndirmə kimi çatışmazlıqlarla nəticələnir. İnsan bütün bunlarla yanaşı, yeni bilgiləri qavraya bilmir, hafizəsi zəifləyir, qərar verməkdə çətinlik çəkir. Həmçinin nəfəs yollarında problemlər, qanda oksigen çatışmazlığı, dəyişikliklər, zehni pozğunluq meydana gəlir. Ürək, ağciyər və hormonal xəstəliklər yuxusuzluq zamanı da özünü göstərir. İnsan oyaq qaldığı hər 2 saat üçün 1 saatlıq yuxuya ehtiyac duyur. Yaşlandıqca bu nisbət dəyişir, yəni oyaq qalınan hər 2 saat üçün 45 dəqiqə yatmaq lazım gəlir. İnsanın fəaliyyətdə olduğu 16 saatlıq günün sonunda “yuxu borcu” 8 saat olmalıdır. Daha doğrusu, bunun qarşılığında 8 saat yatmalıdır, güclü hafizəyə, yaddaşa sahib olmaq üçün yuxu rejimini hər zaman diqqətdə saxlamalıdır.


Tarix: 08.01.2015 / 15:46 Müəllif: Aziza Baxılıb: 55 Bölmə: Saglamliq
loading...