İlk öncə artıq çəki problemləri olanlardan bu problemin həlli üçün iradəli və sakit olmaları tələb olunur. Çünkü, yeməklər beynimizin kimyasına da müsbət təsir edər və kiçik bir çeynəmə hərəkəti belə xoşbəxtlik hormonunuzu yüksəldir. Bununla da ağrınız və depresiyanız aradan qalxmış olar. Bu baxımdan yeməklər və duyğular ayrılmaz bir cütlük hesab olunur. Həmçinin əsəblərinə hakim olmayanların bəzilərində və zəif iradə sahiblərində aclıq hissləri güclü olur. Buda nəfsi ilə bacara bilməyənlər üçün son nəticədə kökəlmə və şişkinlik xəstəlikləri ilə bərabər, artıq çəki probleminin həll olunmamasına gətirib çıxarır. Ekspertlər hesab edirlər ki, stresə təsir edən amilləri aradan qaldırdıqdan əlavə yemək ehtirası olanlar səhər, günorta, axşam yeməklərində qida rasionuna uyğun və sağlamlıqlarına zərər verməyən yemək paylarını vaxtında qəbul etdikdə aclıq hissi olmaz və həmin problem öz həll yolunu tapar. Həmçinin stresdə olarkən yeməkdən əvvəl velosiped sürməyin də stresi azaltdığı bildirilir. Bundan əlavə favorit, sevimli yeməyinizi yemək də yemək ehtirasının azalmasına səbəb olur. Xüsusilə romantik yeməklərə üstünlük verənlərdə yemək ehtirası hissi azlıq təşkil edir. Pəhriz saxlamadan artıq çəkidən azad olmaq üçün ilk əvvəl adam niyə yediyini bilməlidir. Bunu həll etdikdən sonra pəhriz saxlamadan bütün kilolarından xilas olmaq olar. Bu məsələ ilə əlaqədar test aparacaqsınızsa, həmin testin nəticəsindən aslı olaraq artıq çəkidən azad olmağın yollarını tapa bilərsiniz. Bu yollar aşağıdakı kimi qeyd olunub:
- Əvvəl nə qədər tez qidalanmağınız və yediklərinizlə əlaqədar bir həftəlik plan hazırlayın. Daha sonra özünüzə həftəlik qidalanma proqramı hazırlayın;
- Yürüyüş, qaçış, idman kimi fəaliyyətlərlə stressinizi azaldın;
- Sadə və ləzzətli yeməklərdən faydalanın;
- Alış-veriş siyahısını marketə getmədən əvvəl yaradın;
- Sıxıldığınıza görə çox yemək istəsəniz seçiminizdə mövsümü tərəvəz və meyvələrin olmağına diqqət edin;
- Bəzi kəslər üçün yemək bir sənət və ya eşqdir. Bu baxımdan yeməyinizi önləyəcək yoldaş qazanmaq pis olmaz;
- Yeni hobbilərə maraq göstərin. Bir çox adamların boş zamanı çox olduğu üçün çox yemək yeyir. TV proqramı izləyərkən yemək yeməyin;
- Karyeranızın və xəyallarınızın dalınca gedin. Bu zaman müvəffəqiyyətli olmanız o qədər başınızı qatacaq ki, yemək ehtirasınızın nə vaxtsa güclü olduğunu unudacaqsınız;
- Konsert və ya filmə bilet alın;
- Pəhriz etmədən kilo vermək üçün sakitləşməyi öyrənin.
Tarix: 08.01.2015 / 13:07 Müəllif: Aziza Baxılıb: 70 Bölmə: Saglamliq