Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ehtiyac yoxdursa, bayıra çıxmayın

Mütəxəssislər soyuq havalarda ürək-damar xəstəlikləri olanlara bayıra çıxmamalarını məsləhət görürlər.

Trabzon Xüsusi İmperial Xəstəxanası ürək və daxili xəstəliklər eksperti dos. dr. Kaan Kulan soyuğa qarşı sinə və üzün qorunmasının vacibliyini ifadə edərək, onların bayıra mümkün qədər az çıxmalarını və soyuqda qətiyyən tox qarına yol getməmələrini məsləhət görüb.

Qışda isti mövsümlərə nisbətən damarlar daha çox daralır, bu üzdən də ürək-damar və şəkər xəstəliyi olanlara soyuq daha tez təsir edir. Belə xəstələrin küçəyə çıxarkən, özləri ilə dilaltı həblər götürmələri məsləhətdir. Bu mövsümdə daha çox rast gəlinən qrip və digər tənəffüs yolları xəstəlikləri də, ürək xəstəliklərini ağırlaşdırır.


Tarix: 08.01.2015 / 15:12 Müəllif: Aziza Baxılıb: 29 Bölmə: Saglamliq
loading...