İngiltərədə mikrobioloqlar tərəfindən aparılan bir tədqiqat zamanı kompyüter klaviaturasındakı bakteriyanın miqdarının unitazdakı bakteriyadan 5 dəfə çox olduğu müəyyən edilmişdir.
Kompyuter klaviaturasındakı bakteriyalar istifadəçidə müxtəlif xəstəliklərə səbəb olur.
Mikrobioloqların 33 klaviatura üzərində apardığı araşdırma zamanı kompyüter klaviaturasındakı bakteryanın miqdarının unitazdakı bakteryadan 5 dəfə çox olduğu faktı ilə qarşılaşmışlar.
Tədqiqatçılar bakteriyanın yaranmasına asas səbəb kimi istifadəçinin komputerin önündə yemək yeməsini göstərirlər. Belə ki, kompüterin önündə yemək zamanı klaviaturanın üzərinə tökülən yemək qırıntıları bakteriyaların törəməsinə zəmin yaradır. İkinci səbəb kimi isə istifadəçinin şəxsi gigiyenik qaydalara riayət etməməsidir. Aparılan sorğuda hər 10 nəfərdən birinin heç vaxt klaviaturasını təmizləmədiyi meydana çıxmışdır.
Mikrobioloqlar telefon dəstəklərində də yüksək miqdarda bakteriyaların olduğunu vurğulamışlar.
Tarix: 08.01.2015 / 15:35 Müəllif: Aziza Baxılıb: 21 Bölmə: Saglamliq