Edirne Şəxsi Həyat Tibb Mərkəzi fiziki müalicə reabilitasiya mütəxəssisi Turqut Dərzi, hündür dikdaban ayaqqabıların başda bel ağrısı olmaq üzrə müxtəlif sağlamlıq problemlərinə səbəb olduğunu söyləyib.
Yüksək dikdaban ayaqqabılardan istifadə edən qadınların böyük bir qisimində bel ağrıları görüldüyünü vurğulayan həkim Turqut Dərzi, "Həyatı tarazlıq üzərinə yaşamağın lazım olduğunu bildirərək, çöldə çox gəzişməyin lazımsız olduğunu ifadə edib. İdeal topuq yüksəkliyi, hər kəsin öz barmağı ilə iki barmaq uzunluğunda olmalıdır.
Ayaqqabı seçiminə diqqət edilməsi lazım olduğunu ifadə edən həkim, "Dar burunlu, hündür dikdaban ayaqqabılar tarazlığı pozduğuna və ayaq ağrılarına gətirib çıxardığına görə az istifadə olunmasını məsləhət görür. Hündür topuqlar beldə olan çuxuru dərinləşdirdiyindən, arxada olan məhdud bel darlığı ilə müşahidə olunan xəstələrdə, ağrının daha erkən ortaya çıxması və artmasına səbəb ola bilər. Buna görə ayaqqabı seçimi çox əhəmiyyətli hesab olunur. Səhv ayaqqabı seçimi dırnaq batmalarına, ayaq göbələyinə, müxtəlif ağrılara və basma pozğunluqlarına səbəb olur. Uyğun olmayan ayaqqabı; eyni zamanda tez yorulmağa, bilək burxulmalarına, ayaq, qıç və bel ağrılarında özünü göstərir. Əgər bu sərhədlər aşılsa, gecə əzələ spazm (qıcolma) daha uzun sürər və xroniki bel ağrıları, əzələ ağrıları, omba ağrıları olaraq qarşımıza çıxacaq" deyə həkim bildirib.
Tarix: 08.01.2015 / 13:32 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Saglamliq