Oruc tutan sürmə çəkə bilərmi?
Sual: Oruc tutan sürmədən istifadə edə bilərmi?
• Cavab: Oruclu adama sürmə işlətmək, gözə və qulağa damla axıtmaq olar. Hətta bunun dadını boğazında hiss etsə belə bunun təsiri yoxdur çünki bu nə yemək nə də içməkdir. Qadağa yemək-içmək və onların mənasında olan şeylərədir. Ona görə də yemək-içmək mənasında olmayan şeyləri ona aid etmək düzgün deyildir. Bu dediklərimiz Ibni Teymiyyənin (Allah rəhmət etsin) seçdiyi rəydir və düzgün rəy də budur. Amma burnuna damla tökərkən qəsdən onu içəri salarsa orucu batil edər. Çünki Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurub: "oruclu olmadığın halda istinşaqı (burunu təmizləməyi) dərindən et!".
Tarix: 04.04.2013 / 21:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 125 Bölmə: Ramazan
loading...