Oruc tutmamağı mübah qılan hallar hansılardır?
Səfər: Ramazan ayında səfər əsnasında tutulmayan oruclar, sonra qəza edilir. Quranda: “Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə pis əməllərdən çəkinəsiniz. Müəyyən sayda olan günləri oruc tutmalısınız. Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda oruc tutmalıdırlar. Buna taqəti olmayanlar isə (buraxdığı hər gününün əvəzinə) bir kasıbı yedirtməklə fidyə verməlidirlər. Kim könüllü olaraq yaxşılıq etsə, bu onun üçün daha xeyirli olar. Biləsiniz ki, sizə oruc tutmaq daha xeyirlidir.” buyurlur. (Bəqərə 2/183-184).
Gecədən oruca niyyət edib, gündüz səfərə çıxan, istəsə bu orucunu pozar, istəsə pozmaz.
Hz. Peyğəmbər, Məkkənin fəthi üçün səfərə çıxanda oruclu ikən, Kədid deyilən yerə varanda orucunu pozmuşdu. (Buxari, Sıyam, No: 1808, Müslim, Sıyam, No: 1113). Bu da səfərə çıxanda başlanmış orucun pozula biləcəyi üçün dəlildir.
Xəstəlik:
Oruc tutduğu zaman, xəstəliyinin artmasından və ya uzanmasından narahat olan, xəstəliyi səbəbi ilə orucu tutmaqda çətinlik çəkənlər, Ramazan ayında oruc tutmayıb, qəza edilir və səhhəti düzəldikdən sonra tutmağa icazə verilmişdir. Bir az əvvəl zikr edilən ayə buna işarə edir.
Hamiləlik və süd vaxtı:
Hamilə olan qadınların, oruc tutduqları təqdirdə özlərinə və ya uşaqlarına zərər gəlməsindən qorxularsa oruc tutmamaq olar. Süd verən qadınlara da, südlərinin kəsilməsi və ya uşaqlarına zərər toxunacağı təqdirdə oruc tutmamağa icazə verilmişdir. Hz. Peyğəmbər hədislərində buna icazə vermişdir. (Nəsai, Sıyam, 50-51, 62; İbn Macə, Sıyam,3).
Amma Ramzan ayının qezasını tutmalıdırlar.Bu barədə alimlər arasında iki rəy vardır.
Birinci rəyə görə qəzasını tutacaqlar.
İkinci rəyə görə isə, hamilə və ya süd verən qadın tuta bilmirlərsə , gün başına bir fağır doyuzduracaqlar və qəza etməyəcəklər.Yəni sadəcə tutmadığı günlərə görə fağır yedizdirəcəklər.
(İkinci rəy daha qüvvətlidir.Y.Qurbanov)
Yaşlılıq:
Oruc tuta bilməyəcək qədər yaşlı olanlar, oruc tutmamaqla bunu yerinə fidyə verə bilərlər. Bəqərə surəsinin 184-cü ayəsində, belə vəziyyətdə olub oruca gücü çatmayanların, oruc tutmamaqla fidyə verə biləcəkləri nəticəsinə gəlmək olar.
Yaxşılaşmaq ümidi olmayan xəstələr də eyni hökmə tabedir.
Həmçinin Oruclu olan, aclıq və ya susuzluq səbəbi ilə bədən və ruh sağlamlığını ciddi dərəcədə pozulması təhlükəsi ilə qarşılaşacağı təqdirdə orucunu pozub daha sonra qəza edə bilər. Belə bir insan orucuna davam edəcəyi halda ölüm təhlükəsi ilə qarşı-qarşıya qalacaqsa orucunu pozamaması haramdır.
Fidyə nədir?
Oruc tuta bilməyəcək qədər yaşlı olanlar və sağalmaq ümidi olmayan xəstələr, oruc tutmadan, hər gün üçün fidyə verməlidirlər. Fidyə isə, bir kasıbı, bir gün doyurmaqdır.
Sağlam oruc necə tutulur?
Orucun səhih olmasının şərtləri niyyət, imsak vaxtından axşama qədər orucu pozan şeylərdən qaçmaqdır.Bundan başqa qadınların heyz halında olmamalıdırlar.
Orucu pozamayan hallar hansılardır?
Oruclu olduğunu unudaraq yemək və içmək.
Unudaraq yemək, içmək orucu pozmaz. Peyğəmbərimiz (s.a.v.) belə buyurmuşdur: "Kim oruclu olduğunu unudaraq yeyib-içərsə orucuna davam etsin, pozmasın. Çünki onu, Allah yedirmiş, içirmişdir.”
Oruclu ikən qida verici iynə etmək
Dinimiz, xəstələrə və müalicədə olanlara oruc tutmamaqlarına icazə vermişdir. Bu səbəblə, müalicəsi davam edənlər, sağlamlıqlarına qovuşub, müalicələri tamamlanana qədər oruc tutmaya bilərlər.Bununla birlikdə, Ramazan ayında hər kəslə birlikdə oruca davam etməyi arzu edirlərsə və oruc tutmaqlarına başqa bir əngəl yoxdursa, iynəni iftardan sonraya saxlamaqları daha yaxşı olar. Ancaq, oruclu halda qida və vitamin peyvəndi etdirmək düzgün deyildir.Amma digər iynələr orucu pozmaz.
Oruclu ikən yuyunmaq
oruclu insanın yuyunması oruca zərər verməz. Həmçinin Hz. Aişə və Ümmi Sələmə validələrimiz Hz. Peyğəmbərin Ramazanda imsakdan sonra yuyunduğunu xəbər vermişdir.
Asma xəstəliyində ağıza püskürülən dərman
Asmalı xəstənin istifadə etmək məcburiyətində olduğu ağıza püskürülən dərman orucu pozmur. Bundan əlavə dərman istifadə etmək məcburiyyətində olan asmalı xəstə, Ramazan orucunu tutmayıb, tutmadığı günlərdə fidyə verə bilər. Gələcəkdə sağlamlığa qovuşarsa, fiydə verdiyi halda belə, tutmadığı günlərin sayı qədər oruc tutmalıdır.
Parfumeriya və ətir
Ətirlənmək orucu pozmaz.
Diş fırçalamaq
Diş fırçalamaq orucu pozmur.
Diş müalicəsi
Oruclunun diş çəkirdməsi, qanla qarışan tüpürcəyin udulmadığı halda orucu pozmur. Eyni şəkildə, qan və ya başqa bir şeyin udulmaması şərtilə diş müalicəsi aparıla bilər.
Tarix: 05.05.2013 / 14:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 641 Bölmə: Ramazan