Onların orucları səhihdir. Çünki haram sözlər və haram əməllər orucu batil eləmir. Ancaq şəkk yoxdur ki, onu naqis edir, faydasını və səmərəsini azaldır. Orucda məqsəd Allahdan qorxmaqdır, necə ki, Uca Allah Quranda belə buyurur: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!» (əl Bəqərə surəsi, 183) Allah burada orucun fərz olmasının hikmətini bəyan edir, orada hikmət Allahdan qorxmaqdır. Peyğəmbər (s.ə.s) belə buyurur: "Kim ki, pis sözü və pis əməli tərk etmirsə, Allahın o adamın yemək içməyini tərk etməyinə ehtiyacı yoxdur» (Buxari "Səhih» əsərində 2/288 Əbu Hureyrə (r.a)-dan rəvayət etmişdir) Peyğəmbər (s.ə.s) orucluya, əgər onu bir nəfər söysə "Mən orucam» deməyini əmr etmişdir. Onu söyən insan bu sözlə biləcək ki, söydüyü adam ona, aciz olduğuna görə yox, Allahdan qorxduğuna görə qayıdmır. Oruclu və qeryi orucluya vacibdir ki, səbr etsin və onun nəfsinin istədiyi şeylərə qarşı olsun.
Peyğəmbər (s.ə.s)-dən sabit olan bir hədisdə deyilir ki : 'Bir gün Rəsulallah (s.ə.s)-in yanına bir nəfər gəlir və deyir: "Ya Rəsulallah, mənə nəsihət ver» O (s.ə.s) deyir: "Qəzəblənmə» və bunu bir neçə dəfə təkrar edir. (Buxari "Səhih» əsərində Əbu Hureyrədən rəvayət edir, 27/99, 100) Çox hallarda qəzəbləndiyindən dediyi sözlərə və etdiyi əməllərə görə peşman olub "kaş etməyəydim» deyə fikirləşir, ancaq o vaxtı geri qaytarmaq olmur.
Tarix: 04.05.2013 / 18:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 134 Bölmə: Ramazan