Təravih namazı
Ramazan ayında qılınan gecə namazları təravih namazı adlanır.
«Təravih»- istirahət, dincəlmə deməkir.[1]
Müsəlmanlar təravih namazında hər dörd rək'ətdən sonra dincəldiklərinə
görə belə adlanmışdır.
Təravih və təhəccüd namazları eyni namazlardır. Ramazan ayında buna Təravih, adi vaxtlarda isə təhəccüd deyilir.
Bu namazın hökmü müstəhəbdir. Təravih namazı fərdi şəkildə qılına bilər, lakin bu namazın camaatla məsciddə qılınması daha əfzəldir.
Aişədən rəvayət olunan hədisdə Peyğəmbər - səllallahu aleyhi və səlləm - də belə edərmiş.[2]
Təravih namazının rükətlərinin sayı gecə namazı kimidir. Peyğəmbər (sallAllahu aleyhi və səlləm) özü on bir rükətdən çox qılmasa da bunu qadağan etməmişdir.
Muhəmməd ibn Saleh əl-Useymin demişdir:
- “Bəziləri bunu inkar edib deyirlər ki, sünnə də varid olandan çox qılan asi olaraq
günah qazanır. Şəkk yoxdur ki, bu fikir xətadır. Necə asi və günahkar sayıla bilər ki, Peyğəmbərdən (sallAllahu aleyhi və səlləm) gecə namazı haqqında soruşduqda o: "İki-iki qılın..."- demiş və heç bir məhdudiyyət qoymamışdır.”
Aişə rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - məsciddə gecələrin birində (Ramazanda) namaz qıldı və camaat da onunla bərabər bu namazı qıldı. Ertəsi gün yenə namaz qıldı və əvvəlkindən də çox camaat onunla bu namazı qıldılar. Üçüncü (və dördüncü) gün yenə bu hal təkrar oldu və ondan sonra Peyğəmbər - səllallahu aleyhi və səlləm - camaatla namaz qılmağa gəlmədi. O gecənin səhəri Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi:
- «Sizin bu namazı qılmaq üçün belə çox sayda cəm olduğunuzu gördüm və onun sizə fərz buyrulacağından qorxduğum üçün camaat namazına gəlmədim.» [3]
Ömər xəlifə olduğu dövrdə müsəlmanları Ubeyy ibn Kəbin arxasında təravih namazına toplamışdır. Çünki bu namazı axıra qədər imamla birlik də qılana böyük savab vardır.
Təravih namazı qılan (namazda ikən) Quranı üzündən oxuya bilər.
İşa namazını camaatla qılmağa çatmayan şəxs işa niyyətilə təravihə qoşula bilər.Bir şərtlə ki, imam salam verdikdə o, salam verməməli, qalxıb axırıncı iki rəkəti tamamladıqdan sonra salamları verib namazı bitirməlidir.
Qadın Fərz və təravih namazlarını qılmaq üçün məscidə gedə bilər, lakin evində qıldığı namaz daha əfzəldir.
Necə ki, Peyğəmbər (SallAllahu aleyhi və səlləm) demişdir:
- " qadınlarınıza məscidlərə getməsini qadağan etməyin,lakin evləri onlar üçün daha xeyrlidir ". [4]
Hafiz Deyləmi demişdir: Peyğəmbər ((SallAllahu aleyhi və səlləm) zamanında qadınlar evlərindən namaz paltarlarına bürünmüş, örtülmüş halda çıxardılar, amma qaranlıq, yəni zülmət, olduğundan tanınmazdılar.
Peyğəmbər (SallAllahu aleyhi və səlləm) namaz salamını verdikdən sonra kişilərə qadınlar gedənə qədər yerinizdə qalın deyərdi. Bununla belə Peyğəmbər (SallAllahu aleyhi və səlləm) " namazları evlərində daha əfzəldir demişdir"
Bəs bəzənmiş, ətirlənmiş,zinət əşyaları ilə süslənmiş, ən gözəl paltarını geyib çıxmış qadını necə zənn edirsən?!
Aişə (Allah ondan razı olsun) demişdir: Peyğəmbər (SallAllahu aleyhi və səlləm) " Qadınların ondan sonra nə edəcəklərini bilsəydi onlara məscidə getmələrini qadağan edərdi"
Onun bu sözü birinci əsrin səhabə qadınları haqdadırsa, necə zənn edirsən, zəmanəmizin qadınlarını görsəydi nə deyərdi?!
Şeyx Fouzan buyurur:
Sözsüz ki, qadının evdə qıldığı namaz daha yaxşıdır. Bununla yanaşı müsəlmanlar ilə camaat namazı qılmaq üçün qadın məscidə gedə bilər. Bir şərtlə ki, bu və ya digər fitnədən qorunmuş olmalı və hicabda olmalı, kişilərdən ayrı olmalıdır. Odur ki, hər iki vəziyyətdə Allah Sübhənahu Təaladan onun üçün mükafat, əcr var. Buna baxmayaraq, birinci vəziyyət (evdə namaz qılmaq) daha yaxşıdır.[5]
(Şeyx Saleh ibn Fəuzan)
Təravih namazının vaxtı: İşa namazının sünnəsindən sonra Sübh namazınadəkdir.
__________________________
[1]- «əl-Mu'cəmu-l-Vasit» səh: 380.
[2]- Səhihu-l-Buxari, 1147; «əş-Şərhu-l-Mumti alə Zadu-l-Mustəqnəi» 4/13.
[3]- Səhihu-l-Buxari, 1129; Səhih Muslim 1780.
[4]- Əhməd və Abu Davud, Albani səhihləşdirmişdir.
[5]- Əd-Durar ən-Nəəzirəh fil fətəvə əl-muasirə, səh.235
Tarix: 04.05.2013 / 18:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 241 Bölmə: Ramazan