Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

RAMAZANDA QURAN TİLAVƏTİ (OXUMAQ)

Əbu Umamə radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi: “Quran oxuyun, çünki həqiqətən də o (Quran) Qiyamət Günü (onun) əhli üçün (Quran oxuyanlar, əzbərləyənlr və onunla əməl edənlər) şəfaət edəcəkdir” (Səhih Muslim)

Bu hədis Quran oxumanın savabını, mükafatının böyüklüyünü göstərir. Həmçinin Qurandan möhkəm tutanların cənnətə daxil olmaları üçün Qiyamət Günü şəfaət edəcəyini göstərir.

Ən-Nəvə`s ibn Salma`n radiyallahu anhu rəvayət edir: “Mən Allah Rəsulunun sallallahu aleyhi və səlləm belə dediyini eşitdim: “Qiyamət günü Quran və onunla əməl edən kəslər gətiriləcək. Sonra Bəqərə və A`li İmra`n surələri onlara yaxınlaşacaq. Allahın Rəsulu sallallahu aleyhi və səlləm onların ikisi əlaqədar üç misal çəkdi və mən sonralar onları unutmadım. O sallallahu aleyhi və səlləm dedi: Sanki onlar (Bəqərə və A`li İmra`n) iki bulud və yaxud ikisi arasında işıq (parıltı) olan iki qara kölgə və yaxud səf şəklində iki quş dəstəsidir, onları oxuyanlara bəraət qazandıracaqdır (müdafiə edəcəkdir)” ( Səhih Muslim, 804).

Abdullah ibn Amr radiyallahu anhu rəvayət edir ki, Allahın Rəsulu sallallahu aleyhi və səlləm dedi: “Oruc və Quran Qiyamət günü qul üçün şəfaət edəcəkdir. Oruc deyəcək: “Ey Rəbbim! Mən onu yemək və içməkdən çəkindirdim, ona görə də icazə ver onun üçün şəfaət edim. Quran deyəcək: Mən onun gecə yatmasına mane oldum, ona görə də icazə ver onun üçün şəfaət edim. Beləcə onlara şəfaət üçün icazə veriləcəkdir” (Səhih Muslim, 804).

Buna görə də, bu mübarək günlərdə və şərəfli gecələrdə çoxlu Quran oxumaq oruc tutan üçün mühüm əhəmiyyət daşıyır. Çünki, həqiqətən də bu günlərdə bol-bol Quran oxumağın digər aylarda olmayan özünəməxsus savabı var. İnsan bu ayda vaxtın fəzilətindən faydalanmalıdır. Məhz bu ayda Allah təala Quranı nazil etmişdir.

Ramazan gecələrində Quran oxumağın xüsusi fəziləti var. Belə ki, həqiqətən gecə (qaranlıq) məşğulluqla keçən gündəlik işlərə son qoyur. Ruh yüksəkliyi yaranır və qəlb, dil zikr, düşünmək üçün oyanır. Kömək üçün sığınacağımız yalnız ALLAH`dır.

Rəvayət olunur ki, Cəbrayıl Ramazanın hər gecəsində Peyğəmbər sallallahu aleyh və səlləm ilə görüşərdi və onlar bir yerdə Quran oxuyardılar (Buxari, 1/30; Muslim, 2308).

Ona görə də zikr (Allahı zikr) etmək (bu gecələrdə) Quran oxumaqdan üstün və ya ona bərabər olsaydı, onlar həmin münasibət ilə bir yerə toplaşmaqla yanaşı onu hər zaman və yaxud müəyyən vaxtlarda edərdilər.

Beləcə, bu hədis Ramazanda Quran oxumağın və bu münasibət üçün bir yerə toplaşmağın, həmçinin Quranı daha çox əzbər bilənlərə yönəlmənin üstün olduğunu göstərir.

Bu ümmətin sələfləri Ramazanda davamlı olaraq Quran oxuyardılar. Oruc tutanda məsciddə oturar və belə söyləyərdilər: “Biz orucumuzu qoruyacayıq və heç kəsin qiybətini etməyəcəyik”.

Onlar namazda və namazdan başqa digər vaxtlarda Quran oxuyardılar. Osman radiyallahu anhu gündə bir dəfə Quranı xətm edirdi. Bəzi sələflər hər üç gündən bir Ramazanda qiyamul leyli (gecə namazında) zamanı Quranı xətm edirdilər. Onlardan bəziləri hər yeddi gündən bir və bəziləri isə on gündən bir xətm edirdilər.

Əş-Şa`fi` rahiməhullah Ramazanda Quranı, namazın xaricində altmış dəfə xətm edrdi. Əl-Əsvəd Quranı Ramazanın hər iki gecəsindən bir xətm edirdi. Qatadə həmişə hər yeddi gündən bir Quranı xətm edirdi. Ramazanda isə hər üç gündən bir xətm edirdi və Ramazanın axırıncı on günlərində hər gecə Quranı xətm edirdi. Quranı xətm etməyə dair onların rəvayətləri məşhurdur.

Əl-Ha`fiz ibn Rəcəb rahiməhullah buyurur: “Quranı üç gündən az müddətdə (hədisdə bildirildiyi kimi) xətm etmənin qadağan olunması, sadəcə xətm etmənin həmişə (normal əsasda) yerinə yetirilməsi ilə əlaqədar zikr olunmuşdur. Ramazan ayı, əlalxüsus Qədr gecəsinin axtarıldığı gecələr kimi xüsusi fəzilətli vaxtlar və yaxud Məkkə kimi mübarək yerlərə daxil olaraq orada yaşamaq niyyəti olmayan şəxsə gəldikdə isə, o halda bu vaxtların və məkanların fəzilətini umaraq bu vaxtlarda və məkanlarda bol-bol Quran oxumaq müstəhəbdir. Bu rəy Əhməd, Əbu İshaq və digər alimlərə məxsusdur. Öncə də qeyd olunduğu kimi digərlərinin əməlləri buna dəlalət edir” (Ləta`if-ul-Mə`a`rif: səh. 102-103)

Quran tilavət edən insan bununla əlaqədar xüsusi ədəblərə riayət etməlidir. Bu ədəblərdən bəziləri bunlardır:

1. Niyyəti yalnız Allah üçün (ixlas) olmalı

2. Dəstəmazlı olmalı

3. Dişlərini misvakla təmizləməli

4. Ayələrin mənası üzərində düşünməli

5. Diqqətini tam cəm etməlidir (xuşu)

Allah təala buyurur:

Biz onları aydın dəlillər və kitablarla göndərdik. Sənə də Zikri nazil etdik ki, insanlara, onlara nazil olanı izah edəsən və bəlkə onlar fikirləşələr” (Nəhl, 44).

Həmçinin Quran oxumanın ədəblərindən budur ki, Quran oxuyanda başqa biri ilə danışmaq üçün Quranı oxumağı kəsməməlidir. Həqiqətən, bir çoxları Quran oxumaq üçün oturanda və onların yanında insanlara olduqda əksər vaxtlarda onlar Quran oxumağı dayandırır və yanındakılar ilə söhbət edirlər. Bu ədəbdən deyil, çünki üzrlü bir səbəb olmadan Quran oxumaqdan üz döndərməkdir.

Həmçinin Quran oxuyana vacibdir ki, Quran ilə əməl etsin, onun halal buyurduğu halal və haram buyurduğunu haram etsin ki, Quran qiyamət günü onun üçün dəlil olsun, lehinə olsun və səadət bağlarına daxil olmaq üçün ona şəfaət etsin.


Tarix: 04.05.2013 / 18:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 310 Bölmə: Ramazan
loading...