Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ramazan ayında qadınlarla bağlı on məsələ

Aləmlərin rəbbi olan Allaha həmd-sənalar olsun,peyğəmbərlərin və Rəsulların(mürsəllərin) ən şərəflisi olana peyğəmbərimiz Məhəmmədə, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun.
Bu qısa kəlmələri və qiymətli çağırışları Ramazan ayının gəlməsi münasibəti ilə müsəlman qadınlara və mömin qızlara hədiyyə edirik.Allahdan bu risaləni (bunu) oxuyan hər bir mömin bacımız üçün faydalı etməsini,(bu risaləni) onlar üçün bu əzəmətli ayda Allaha itaətdə,onun razılığını və məğfirətini qazanmağda kömək olmasını diləyirik.

Birinci məsələ: Ramazan ayı elə bir nemətdir ki, buna görə şükr etmək vacibdir.

Bacı! Həqiqətən ramazan ayı Allah təalanın öz mömin qullarına bəxş etdiyi ən böyük nemətlərindən biridir. Bu, rəhmətlərin endiyi, günah və pis əməllərin bağışlandığı, əcr (savabların) Allah yanında dərəcələrin iki qat artdığı, Allah Təalanın qullarını cəhənnəm odundan azad etdiyi bir aydır. Peyğəmbərimiz (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) demişdir: " Ramazan ayı girdiyi zaman cənnətin qapıları açılar , cəhənnəmin qapıları bağlanar və şeytanlar zəncirlənərlər." (Buxari və Müslim rəvayət etmişlər)
Həmçinin Peyğəmbərimiz (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) demişdir: " kim Ramazan ayının orucunu imanla və savabını Allahdan umaraq tutarsa bütün keçmiş qünahları bağışlanar, və kim Ramazan ayını imanla və savabını Allahdan umaraq keçirərsə (namaz və sairə əməllər nəzərdə tutulur) bütün keçmiş qünahları bağışlanar." (Buxari və Müslim rəvayət etmişlər)
Allah təala qüdsi hədisdə belə buyurur: " Adəm övladının hər bir əməli onun üçündür yalnız orucu mənim üçündür, mükafatını da mən verəcəyəm." (Buxari və Müslim rəvayət etmişlər)
Həmçinin Peyğəmbərimiz (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) demişdir: " Həqiqətən Allahın ramazan ayının hər bir (günündə) gündüz və gecəsində cəhənnəm odundan azad etdiyi kimsələr vardır, və həqiqətəv hər bir müsəlmanın duası vardır ki, o duanı etdiyi zaman onu Allah təala qəbul edər."(imam Əhməd səhih isnadla rəvayət etmişdir), və bu ayda qədr gecəsi vardır.

Allah Təala buyurur: " Qədr gəcəsi min aydan daha xeyirlidir " (Qədr : 3).

Ey müsəlman bacım, bunlar səxavətli olan bu ayın bəzi fəzilətləridir. Bu da Allah Təalanın sənə bəxş etdiyi neymətin əzəmətliyini bəyan edir ki, səni başqalarının içindən seçdi, oruc üçün,qiyam (namaz) üçün hazırladı. Neçə insan keçən il Ramazanda bizimlə oruc tutmuşlar, indi isə onlar qat-qat topraq altında öz qəbirlərində daşlaşmışlar. Müsəlman bacım bu nemətə görə Allaha şükr et onu günah və pis işlərlə qəbul etmə ki, yox olar silinər. Şair yaxşı deyib:

Olsan neymət içində qoru onu sən,
yox edər neməti günahlar həqiqətən.
Əhatə et onu qulların rəbbinə itaətiylə,
çünki tez qulların rəbbi qəzəblənəndir.

İkinci məslə: Ramazan ayını necə qarşılayırsan?!

1- Tövbə etməyə tələsməklə və tövbəndə sadiq olmaqla.
Allah təala buyurur: " Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız!" (nur : 31).
2- Bütün münkər olan şeylərdən: yalandan, qeybətdən, nəmimədən (söz qəzdirənlik) fahiş işlərdən, musiqidən, açıq saçıqlıqdan və kişilərə qarışaraq onlarin arasinda gəzməkdən və sair kimi əməllərdən qurtulmaqla.
3- Ramazan ayını saleh əməllərlə və qiymətli vaxtı faydasız işlərlə itirməməklə keçirməyə möhkəm iradə və sadiq əzmlə əqd etməklə.
4- Çoxlu zikr,dua etməklə, bağışlanma diləmək və quran oxumaqla.
5- Beş namazın vaxtı vaxtında qılınmasına mühafizə etməklə, tələsmədən, tam rahatlıqla, xuşu içərisində (Allahdan qorxaraq) qılmaqla.
6- Fərz əməllərdən sonra nafilələri etməklə.

Üçüncü məsələ: Orucun əhkamlarını öyrən.

Müsəlman qadına orucunun düzgün, Allah qatında, qəbul olunması üçün orucun əhkamlarını,fərzlərini, sünnətlərini, ədəblərini öyrənmək vacibdir.
Bu orucun əhkamları haqda qısa bir məqalədir:
1- Oruc müsəlman olan,həddi buluğa çatmış, ağlı başında olan müqim (səfərdə olmayan ) orucu tutmağa qadir olan (xəstə olmayan ), mane olan şeylərdən: heyz və nifasda salamat olan qadına vacibdir.
2- Qız (Ramazanda) günorta vaxtı həddi buluğa çatıbsa, günün qalan hissəsini oruc tutmalıdır.Çünki artıq ,o, ona orucu tutmaq vacib olan kimsələrdən olar, bundaq öncə isə ona oruc vacib deyildir, ona görə də tutmadığı günlərin qəzasını tutması lazım deyildir.
3- Fərz orucunda niyyət etmək şərtdir. Həmçinin bütün vacib qəza, kəffarə oruclarında da niyyət şərtdir.
Hədisdə belə deyillir: " Kim oruca gecədən niyyət etmirsə, onun orucu yoxdur." (Əbu Davud rəvayət etmişdir).
Əgər gecənin hər hansı hissəsində, fəcrdən bir an qabaq olsa belə, niyyət etsən orucun düzgün olar.
4- Orucu pozan yeddi şeylər bunlardır:
1- Cinsi əlaqədə olma.
2- Öpmə,qucaqlaşma və buna bənzər yollarla məninin (sperma) çıxması.
3- Yemək və içmək.
4- Yemək və içmək mənalı şeylər qüvvətləndirmək üçün vurulan iynələr kimi şeylər.
6- Bilə - bilə qusmaq.
7- Heyz və nifas qanının çıxması.

5- Heyzli qadın artıq təmizləndiyini bildirən ağ su, yəni heyz qurtaran zaman, ana bətninin (rəhm,uşaqlıq) ifraz etdiyi ağ mayeni görərsə gecədən oruca niyyət edib orucunu tutar. Təmizləndiyinin aydın olmadığı halda ağ pambıq və ya ağ bir şeylə örtünər, pambıq təmiz çıxarsa orucunu tutmalı qan qayıtdıqda isə orucunu pozmalıdır.
6- Heyzli qadına əfzəldir ki olduğu halda qalsın (yəni oruc tutmasin) Alahın ona yazdığı ilə (qədərlə) razılaşsın, heyzi saxlayan vasitələr axtarmasın. Bu, Allahın adəmin qızlarına yazdığı bir şeydir.
7- Nifas halında olan qırx gündən tez təmizlənsə orucunu tutar və namaz üçün qüsl alar. Nifas qırx gündən artıq olarsa qüsl alıb oruca niyyət edər. Nifas qırx gündən artıq davam edən günləri istihadə adlanır (adətə xilaf olaraq və ya xəstəliklə bağlı qanın axması) yalnız bu, heyz olan günlərə müvafiq olsa onda bu günlər heyz günləridir.
8- İstihadə qanı orucu pozmaz.
9- Hamilə və süd əmizdirən qadını xəstəyə qiyas etmək daha duzgündür.onlara orucu açmaq caizdir və yalnız orucu açdıqları günün qəzasını tutarlar. Necə ki ,Peyğəmbərimiz (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) demişdir: " Allah təala müsafirin üzərindən orucu və namazın yarısını, hamilə və süd əmizdirən qadınların üzərindən orucu qaldırmışdır ".(Tirmizi rəvayət etmiş və həsən hədis olduğunu demişdir).
10- Oruc olan kəsin yeməyin dadına baxmasında bir qəbahət yoxdur, lakin onu udmamalı, tüpürürərək ağzından çıxarmalıdır. Bu onun orucunu pozmaz.
11- Məğrib namazından qabaq orucu açmağa tələsmək və sühuru gecikdirmək müstəhəbdir.
Peyğəmbərimiz (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) demişdir: " İnsanlar iftarı tezləşdirdikcə xeyr içində olacaqlar." (Buxari və Müslim rəvayət etmişlər).

Dördüncü məsələ: Ramazan yemək yox oruc aydlır.

Müsəlman bacım, Allah təala Ramazan ayını müsəlmana dözümlü və səbrli olması üçün fərz etmişdir ki, bununla o nəfsinə, şəhvətinə hakim, Rəbbindən qorxan bir kəs olur.
Allah təala buyurur: " Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, siz pis əməllərdən çəkinəsiniz!" ( əl-Bəqərə: 183 )
Bəzi sələflərdən soruşuldu: Oruc nə üçün əmr olunub? Dedi: " Varlı aclığı dadıb kasıbı unutmasın ".
Təəssüflər olsun ki, axdardıqda görərik ki, insanlar çoxu bu ayda yemək içməkdə israfçılıq edirlər. Çünki Allahın rəhm etdiyi kimsələrdən başqa hər bir ailənin bu ayda işlətdiyi yeməklər ilin başqa aylarında işlədiləndən daha artıq olur.Həmçinin qadın günün saatların çoxunu mətbəxdə cürbəcür yemək və içki hazırlamaqla keçirir.
Bəs nə vaxt quran oxuyacaq?
Bəs nə vaxt Allaha zikr edib duası ilə ona üz tutacaq, bağışlanma diləyəcək?
Bəs nə vaxt orucun əhkamlarını, qiyamın ədəblərini oyrənəcək?
Bəs nə vaxt Allaha itaət üçün boşalacaq?
Bacım, bu ayda Allaha itaət və ibadətdən başqa bir şeyə vaxtını itirməkdən çəkin. Ramazan ayına yetişən bu ayda bağışlanmayan kəs, artıq uğursuzluq və xəsarətdədir.
Peyğəmbərimiz (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) demişdir: " Adəm ovladının ən şərlı doldurduğu qab qarnıdır. Adəm övladına qamətini düzəltmək üçün bir neçə loxma yetər. Yox əgər mümkün olmayacaq dərəcəsindədirsə, onda (mədəsinin) üçdə birini yemək, ücdə birini içmək, üçdə birini isə nəfəs almaq üçün ayırsın." (Əhməd və Tirmizi rəvayət etmiş və Şeyx Albani səhihləşdirmişdir. )

Beşinci məsələ: Ramazan Quran ayıdır.

Ramazan ayında quranla bağlı başqa aylarda olmayan xüsusiyyət vardır.
Allah təala buyurur: " İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və ayıran Ramazan ayında nazil edilmişdir" (əl- Bəqərə: 185)
Ramazan ayı və quran bir-biri ilə bağlıdır. Ramazan zikr edildikdə, Quran da zikr olunur.
Səhiheyndə ( yəni Buxari və Müslimdə) İbn Abbas (Allah onların hər iksindən razı olsun) demişdir: " Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) insanların ən səxavətlisi idi, Ramazan ayında Cəbrail ilə görüşdükdə daha səxavətli olardı, Cəbrail ona Ramazanın hər gecəsi Quranı öyrədərdi,və Peyğəmbər Cəbraillə qarşılaşdıqda xeyrə əsən sürətli küləkdən daha səxavətli olardı."
Bu hədis Ramazan ayında quran oxumağın,öyrənməyin müstəhəb olmasına dəlalət edir. Xüsusən də gecələr çünki gecə bütün məşquliyətlərə son qoyulur, enerji cəm olunur, qəlb və dil düşünmək üçün rahatlanır.
Allah təala buyurur: " Şübhəsiz ki, gecə qalxmaq daha əlverişli və söz demək daha münasibdir ".( əl- Müzzəmil:6)
Sələflər Ramazanda Quran oxumağı çoxaldardılar, bəziləri quranı Ramazan qiyamının hər üç gecəsindən bir, bəziləri hər həftəsində bir dəfə, bəziləri hər on günündə xətm edərdi.
Qatədə (Allah ona rəhmət etsin ) daim quranı həftədə bir dəfə, Ramazanda üç gündən bir, Ramazanın axır on günündə hər gecədə xətm edərdi.
Zühri (Allah ona rəhmət etsin ) Ramazan girəndə deyərdi: " Həqiqətən O yalnız quran oxumaq və yemək yedirtməkdir".
İbn Abdull Həkəm (Allah ona rəhmət etsin ) belə demişdir: "Malik (Allah ona rəhmət etsin ) Ramazan girdikdə hədis oxumağı və alimlərlə oturmağı tərk edib Mushafdan Quran oxumağa üz tutardı".
Abdurrazaq (Allah ona rəhmət etsin ) demişdir: Sufyan assovri (Allah ona rəhmət etsin ) Ramazan ayı girdikdə bütün ibadətləri tərk edib quran oxumağa üz tutardı.

Müsəlman bacım, gərək sənin də oxumaq üçün qurandan bir hissən olsun, qəlbin onunla dirilsin, nəfsin onunla paklaşsın, əzalarin onun üçün qorxsun,bununla da Qiyamətdə Quranın şəfaətinə müstəhiq (layiq) olasan. Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) demişdir: " Oruc və Quran Qiyamət günü qul üçün şəfaətçi olacaqlar. Oruc deyəcək: Ey Rəbbim onu yeməkdən , şəhvətdən saxladım məni onun üçün şəfaətçi et, və Quran deyəcək: onu gecə yatmağa qoymadım məni onun üçün şəfaətçi et, dedi: və şəfaət edəcəklər." (Ahməd və Hakim Səhih isnadla rəvayət etmişlər).

Alltıncı məsələ: Ramazan səxavət və yaxşılıq ayıdır.

Müsəlman bacım! Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) qadınları sədəqə verməyə rəğbətləşdirərək belə demişdir: " Ey qadınlar, sədəqə verin və çoxlu bağışlanma diləyin, mən cəhənnəmin əhlinin çoxunun siz olduğunuzu gördüm ". ( Müslim rəvayət etmişdir). Həmçinin Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) demişdir: " Ey qadınlar, zinət əşyalarınızdan olsa belə sədəqə verin " (Buxari rəvayət etmişdir ).
Möminlərin anası Aişədən (Allah ondan razı olsun ) " oruc tutduq günlərin birində yüz min sədəqə verdiyi rəvayət olunur. Bu zaman xadiməsi ona deyir: payladığının bir dirhəminə ət alıb onunla iftar etməyi bacarmadınmı? Dedi: yadıma salsaydın belə də edərdim."
Amma Ramazanda olan səxavət başqa aylardan daha əfzəldir. Ona görə də Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) Ramazanda xeyrə əsən sürətli küləkdən daha səxavətli olardı. Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) səxavəti səxavətin bütün növlərini: Elm və mal sərf etməyi, Allahın dinini izhar etməyi , qullarını hidayətə gətirməyi, faydalı şeyləri onlara bütün yollarla çatdırılmağı, acları doydurmağı, cahillərini moizə etməyi, hacətlərini ödəməyi, ağırlıqlarını daşımağı əhatə edərdi.
Ramazanda olan səxavətlərdən:
Oruc tutanları yedizdirmək.
Müsəlman bacım, oruc tutan kəsə iftar etməsi üçün yemək verməyə həris ol. Çünki onun əzəmətli əcri, üstün xeyri vardır.
Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) demişdir: " Oruc tutan bir kəsin iftarını açana Orucu tutan kəsin əcri kimi əcr vardır, yalnız bu oruc tutanın əcrindən bir şey azaltmaz ". (Əhməd və Tirmizi rəvayət etmiş və həsən səhih isnad olduğunu demişdir ).
Həmçinin, daimi qalan, sədəqəyə həris ol.
Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) demişdir: " Adəm övladı öldükdə bu üç əməldən başqa bütün əməlləri dayanar: Daimi qalan sədəqə, qoyduğu fayda verən elm və onun üçün dua edən saleh övlad ".( Müslim rəvayət etmişdir.)

Yeddinci məsələ: Ramazan qiyam ayıdır.

Müsəlman bacım, Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) gecəni namazda keçirərd, hətta dabanları çatlayardı. Ona dedilər: ya Rəsulallah, sənin keçmiş və gələcək günahların bağışlanıb və sən belə edirsən? Dedi: məgər şükr edən qullardan olmayimmı? " (Buxari və Müslim rəvayət etmişlər).
Həmçinin Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) demişdir:" Kim Ramazan ayını imanla və savabını Allahdan umaraq keçirərsə (namaz və sairə əməllər nəzərdə tutulur) bütün keçmiş qünahları bağışlanar." (Buxarə və Müslim rəvayət etmişlər).

Qadın Fərz və təravih namazlarını qılmaq üçün məscidə gedə bilər, lakin evində qıldığı namaz daha əfzəldir.
Necə ki, Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) demişdir: " qadınlarınıza məscidlərə getməsini qadağan etməyin,lakin evləri onlar üçün daha xeyrlidir ". (Əhməd və Abu Davud rəvayət etmiş və Albani səhihləşdirmişdir).
Hafiz Deyləmi demişdir: Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) zamanında qadınlar evlərindən namaz paltarlarına bürünmüş, örtülmüş halda çıxardılar, amma qaranlıq, yəni zülmət, olduğundan tanınmazdılar. Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) namaz salamını verdikdən sonra kişilərə qadınlar gedənə qədər yerinizdə qalın deyərdi. Bununla belə Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) " namazları evlərində daha əfzəldir demişdir" Bəs bəzənmiş, ətirlənmiş,zinət əşyaları ilə süslənmiş, ən gözəl paltarını geyib çıxmış qadını necə zənn edirsən?!
Aişə (Allah ondan razı olsun) demişdir: Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) " Qadınların ondan sonra nə edəcəklərini bilsəydi onlara məscidə getmələrini qadağan edərdi"
onun bu sözü birinci əsrin səhabə qadınları haqdadırsa, necə zənn edirsən ,zəmanəmizin qadınlarını görsəydi nə deyərdi?!
Ağıl sahibli qadınlara: Əgər məscidə getmək istəsəniz, onda sələf qadınların çıxdığı görkəmdə çıxın.
Həmçinin saleh niyyət ilə, namaz qılıb Allahın ayələrini dinləmək üçün gedin. Bu onları sükunətli, vüqarlı olmağa çağırar və yad gözlərin onlara baxmasının qabağını alar.
Bəzi qadınlar məscidə yalnızca sürücü ilə gedirlər, bu da onların nafilə üçün səyy göstərdikləri halda harama girmələrinə gətirib çıxarır. Bu da cahilliyin ən pis, axmaqlığın ən şiddətli dərəcəsidir.
Qadına ətirlənib, buxurlanıb(tüstü şəklində olan ətrlər) evindən çıxması caiz deyildir.
Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) demişdir: " Buxurlanan qadın bizimlə işa namazını qılmağa gəlməsin " (Müslim rəvayət etmişdir).
Qadınlar özləri ilə uşaqlarını məscidə gətirməsinlər, çünki bu onu namaz qilmaqdan məşğul, başqalarına ağlamaq və qışqırıqları ilə əziyyət edirlər. Quran və məscidin əşyalarını qarışdırırlar.

Səkkizinci məsələ:Əzaları orucu

Müsəlman bacım, bil ki, əzalarını günahlardan, gözlərini harama baxmaqdan, qulaqlarını harama,yalana, qiybətə, nəmmamlara, musiqiyə batilin bütün növlərinə qulaq asmaqdan, əllərini harama basmaqdan, ayaqlarını harama getməkdən, dilini yalandan, fahiş sözlərdən,yalançı şahidlikdən, qarnını yeyib içməkdən, fərdini zinadan, cimadan qoruyan kəs oruc tutmuş sayılar. Danışanda yalnız fayda verən səmərəli olan söz danışar, orucuna xələl gətirən və ya batil edən fahiş, pis sözlərdən uzaq olar. Həmçinin müsəlmanların namusuna yalan, qiybət, nəmmamlıq, kin, həsəd, iftira ilə toxunma. Bilirsən ki, bu, münkərlərin ən pisi, günahların ən böyüyüdür.
Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) demişdir: " Kim yalan danışmağı, yalançı və cahil əməlləri tərk etməzsə,Allah təalanın onun yeyib- içməsini tərk etməyinə ehtiyacı yoxdur.(Buxari rəvayət etmişdir).
Həmçinin Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) demişdir: " oruc tutduğunuz gün səs- küy salıb, pis sözlər danışmayın. əgər onu kimsə söysə və ya onunla vuruşmaq istəsə ona “mən orucam desin” (Buxari və Müslim rəvayət etmişdir ).
Yeyib - içməkdən oruc tutub müsəlman qardaşlarının namusuyla, onların ətlərini yeməklə iftar edən kəs haqda Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) belə demişdir: " Elə oruc tutan vardır ki orucdan onun payı yalnız ac və susuz qalmasıdır " ( Əhməd və İbn Məcə səhih isnadla rəvayət etmişlər).

Doqquzuncu məsələ: Ramazada vaxta mühafizə etmək üçün yollar.

Qadın bu əzəmətli ayında vaxtını, Qiyamət günü ona zəfər və xoşbəxtlik gətirəcək, onu cənnət yaxınlaşdırıb, cəhənnəmdən uzaq edən şeylərdə keçirməlidir. Bu, Allaha itaət, günahlardan uzaq olmaqla olar. Qadın bu səxavətli ayda vaxtını qorumaq istəyirsə aşağadakıları etməlidir:

1- evdən çıxmamaq. Yalnız ehtiyac, zərurət və ya Allaha itaət etmək hallarından başqa.
2- Bazarları gəzməkdən üzaq olmaq. Xüsusən Ramazan ayının axır on günündə. Bayram günü üçün paltarları Ramazan ayının axır on günündən və ya ramazandan qabaq almaq olar.
3- Səbəbsiz yerə qonaq və kimisə ziyarətə getməmək. Əgər ziyarət etməyə səbəb varsa, məsələn kimsə xəstədirsə orada çox qalmamaq şərti ilə ziyarət etmək olar.
4- Pis işlər olan məclislərə getməmək. Qeybət, nəmmamlıq, yalan, kiməsə istehza və tənə edilən məclislər kimi.
5- Vaxtını yarışlarda, tapmaca həllində, filim və seriallara baxmaq, cür-bəcür marağlı kanallar axtarmaqla itirmə. Müsəlman bu cür şeylərlə məşğul olsa Ramazanla vidalaşa bilər.
6- Fəcr namazına kimi oyaq qalmaqdan çəkin. Bu, namazlara və günün əksər hissəsini yatmağa səbəb olur.
7- Pis və şər kimsələrlə yoldaşlıq etmə.
8- Günün əksər hissəsini yataraq vaxtı keçirməkdən çəkin. Bəziləri sabah namazından sonra yatıb, yalnız gün batana yaxın oyanırlar, məgər bu oruc tumaq sayılırmı?!
9- Əvəllki sözlərimizdə dediyim kimi vaxtını yemək hazırlamaqla itirmə.
10- Vaxtını güzgü qabağında çox oturmaqla, bəzənməklə keçirmə.
11- Vaxtını telefon danışmaqlarda keçirmə. Bu, zəif imanlı kəslərin aclıq və susuzluğa tab gətirmək üçün istifadə etdikləri vasitədir. Allahın kitabını oxumaq və öyrənmək onlar üçün daha xeyrli olar.
12- Vaxtın itməsinə və harama aparan mübahisə və xilfadan çəkin,kim də səni buna sövq etsə “mən oruc tutmuş qadınam”- de.

Onuncu məsələ: Ramazanın axır on günü.

Ey müsəlman bacım, Ramazanın artıq iyirmi günü keçib geriyə yalnız bu on gün qalıb. Hələ ki əcr qazanmaq üçün fürsət var. Əvvəlki günlərdə nöqsanlara yol vermisənsə, bu günlərdən istifadə et, həqiqətən əməllər sonuna görədir.
Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) Ramazan ayının axır on günü girdikdə pərdələri bağlayar, gecə ibadətə qalxar və əhlini oyadardı . (Buxari və Müslim rəvayət etmişdir).
Allaha and olsun ki bu günləri az, gecələri məhdud, zəfərə çatanların və onda xəsarətə düşənlərin on günüdür.
Həbib Əbi Məhəmmədin arvadı gəcə ona belə deyir: Artıq gecə getdi, önümüzdə uzun yol var, tədarükümüz isə azdır, salehlərin karvanı bizi ötüb keçib, yalnız biz qalmışıq.
Qədr gecəsinin Ramazan ayının axır on günündə olması Allah təalanın lütfündəndir, o axır on günün tək günlərindədir.
Aişə (Allah ondan razı olsun) demişdir: Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) belə deyərdi: " Qədr gecəsinin Ramazan ayının axır on gününün tək günlərində axtarın " (Buxari və Müslim rəvayət etmişdir). Qədr gecəsi əzəmətli bir gecə, böyük fürsətdir.
Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) demişdir: " By ay artıq gəlib çatıb, onda min aydan xeyrli bir gecə vardır. Ondan məhrum olan, xeyrin hamısından məhrum olmuşdur. Onun xeyrindən yalnız məhrum olmuş məhrum olar. ( İbn Məcə rəvayət etmiş və Albani səhihləşdirmişdir).
Müsəlman bacım, bu gecəyə müvəffəq olmaq üçün səy göstər, belə böyük bir əcirdən özünü məhrum etmə, bilki Ramazan ayının axır on günü ibadət və itaətlə keçirsən, şübhəsiz bu gecəyə Allahın izniylə əzəmətli əcrə, böyük savaba müvəffəqsən.
Qədr gecəsində edilən dua.
Aişə (Allah ondan razı olsun) Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) dedi : "qədr gecəsinə müvəffəq olsam, onda nə deyim. Dedi: deki Allahım sən bağışlayansan, bağışlamağı sevirsən, məni də bağışla " (Əhməd və Tirmizi rəvayət etmiş və həsən səhih isnad olduğunu demişdir ).


Tarix: 04.05.2013 / 18:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 667 Bölmə: Ramazan
loading...