Çiriş — Ermənistan Respublikasının cənubunda Sünik mərzində keçmiş Qafan rayonu ərazisində mövcud olmuş azərbaycanlılar yaşamış kənd.
Kənd Qafan şəhərindən 32 km şimal-qərbdə, Kurud kəndindən isə 2 km cənub-şərqdə, dağ ətəyində yerləşir.
Ümumi məlumat
Kənddə 1897-ci ildə 27 nəfər, 1922-ci ildə 73 nəfər, 1926-cı ildə 79 nəfər, 1931-ci ildə 95 nəfər azərbaycanlı yaşamışdır.
1918-ci il qaçqınlığından sonra əhalisinin bir hissəsi geri qayıdan Çiriş kəndi 1939-cu ildə qonşu Kurud kəndi ilə birgə təşkil edilən kolxozda birləşdi. 1965-ci ildə Çirişin də daxil olduğu Kurud kolxozu Gığı heyvandarlıq sovxozuna birləşdirildi.
50-ci illərdə Kurud və Kirs kəndlərinə köçən Çiriş əhalisi 1988-ci ildə Ermənistandan digər azərbaycanlılar kimi deportasiya olundular. Çirişlilər hal-hazırda əsasən Abşeron rayonunda məskunlaşıblar.
Adı
Toponim asfodelinakimilər fəsiləsinə aid bitki cinsi olan çirişin adı əsasında əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca sadə toponimdir.
Tarix: 06.02.2015 / 19:15 Müəllif: Feriska Baxılıb: 97 Bölmə: Qərbi Azərbaycan