Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məşədi İsə

Həyatı
Məşədi İsə “Çanaqlı” soyundandır. O, 1845-ci ildə kəndli ailəsində anadan olmuşdur. Uşaqlıqdan cəsarətli və zirəkliyi ilə tay-tuşlarından fərqlənmiş, inadkarlığı ilə ulu babası Çanaq Vəlini xatırlatmışdır.

XIX əsrin birinci qərinəsində Çarizm İran və Türkiyə ilə apardığı müharibələrdə Zaqafqaziyanı, o sıradan Qərbi Azərbaycanı və Naxçıvanı işğal etdikdən sonra keçirdiyi inzibati dəyişikliklər nəticəsində burada yaşayan xalqların tarixən mövcud olan ərazilərinin sərhədləri ermənilərin xeyrinə pozuldu. 1850-ci ildə İrəvan quberniyası yaradılarkən keçmiş Naxçıvan xanlığının ərazisi, qədimdən oğuzların yaşadığı Qərbi Azərbaycan ərazisi, ulu Göyçə bu quberniyaya tabe edildi. Göyçənin hələ ermənilərin olmadığı Basarkeçər bölgəsindəki 44 kənd Məzrə kənd cəmiyyətinin starşinası tərəfindən irarə edilirdi.

Əvvəllər Göyçədə məscid olmayan kənd yox imiş. Qaraiman kəndindəki məscid Hacı Əli və Məşədi İsə qardaşları tərəfindən tikilmişdir. Ziyarətə hər il Göyçədən minlərlə adam Xorasana gedən ziyarətçilər arasında qaraimanlı İsa Kərbəlayi Musa oğlu da varmış, yolda quldurların dəstəsi qarətə məruz qalarkən o, cəldliklə iri bir daşın arxasına atılaraq “onaçılan” deyilən silahı ilə quldurbaşını yerə sərir, pərənləri pozulan quldurlar qarət etdikləri malları atıb qaçırlar. Məşədi İsə şəxsi nüfuzuna görə bir sözü iki olan adamlardan deyildi. Rəsmi dövlət adamı olmasına baxmayaraq, dövrünün Qaçaq Kərəm, Dəli Alı, Qaçaq Qəmbər, Qandal Nağı, Qaçaq Süleyman kimi görkəmli şəxsiyyətləri ilə dostluq etmiş, imperatorun yüksək rütbəli məmurları yanında nüfuzu olmuş, müxtəlif medallarla təltif edilmişdir.
Məşədi İsə bu əfsanəvi igidliyinə görə əbədi şöhrət qazanmış, yüksək hörmət və mənsəb sahibi kimi təkcə Göyçədə deyil, bütün ətraf mahallarda tanınmışdır. İgidliyini, mərdliyini, səxavətini nəzərə alan əhali 14 namizədin içərisindən onu Məzrə kənd cəmiyyətinin rəhbəri seçmişdır. O, insanların inamını və etimadını qazandığından bolşeviklər hakimiyyətə gələnə qədər 40 ildən artıq icmaya başçılıq etmişdir. Xalqın tələbi ilə “qırmızı inqilabın” qələbəsindən sonra kənd sovetinin sədri təyin edilmiş, 20-ci illərin ortalarında – 1924-cü il sentyabrın 27-si, 79 yaşında, şura sədrliyinin dördüncü ilində Basarkeçər rayonununda “kommunist” cildinə girmiş, daşnak ermənilər xəyanət toru qurmuş, xüsusən milis rəisi Xanzadyanın hiyləsi ilə iki ələ alınmış başı boş, milli düşüncəsi olmayan cavanın öyrədilib silahlandırılması yolu ilə “Məşədisənin yağı qoruğu”nda namərdcəsinə qətlə yetirildiyi günədək qlavalıq missiyanın öhdəsindən layiqincə gəlmişdir.

Məşədi İsənin həyatı və fəaliyyəti barədə onun özünə məxsus olan sənədlər, el-oba, qonşu mahallarda yaşayan yaşlı nəslin nümayəndələrinin xatirələri, həmçinin Əli Qurban Dastançının “Məşədisə dastanı”ndan Qərbi Azərbaycan mühitində baş vermiş hadisələr barədə samballı məlumatları oxuyub-bilmək də zəruridir.


Tarix: 05.02.2015 / 17:49 Müəllif: Feriska Baxılıb: 101 Bölmə: Qərbi Azərbaycan
loading...