Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əziz Əliyev repressiya qurbanı

XX əsrin 30-cu illərinin ağır repressiya illərində Azərbaycanda milli həkim kadrlarının böyük bir dəstəsini səbəbsiz işgəncələrdən, vaxtsız ölümdən xilas etmiş Əziz Əliyevin özü 50-ci illərin əvvəllərində haqsız olaraq təqiblərə məruz qalmışdır. Əziz Əliyev 1938-ci il repressiyalarından möcüzə nəticəsində xilas olmuşdur. Onu sonralar, 50-ci illərin əvvəllərində repressiya etdilər. İşdən çıxarıb Ortopediya və Bərpa Cərrahiyyəsi İnstitutunun direktoru təyin etdilər, amma tezliklə bu vəzifədən də çıxardılar. Professoru, elmlər doktorunu, bu qədər xidmətləri olan bir insanı Sabunçu xəstəxanasına adi həkim göndərdilər və o, üç il orada işlədi.


Tarix: 06.02.2015 / 17:48 Müəllif: Feriska Baxılıb: 23 Bölmə: Qərbi Azərbaycan
loading...