Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azər Abdulla

Əhmədov Azər Abdulla oğlu (Azər Abdulla) — şair, nasir, publisist, 1986-cı ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, Azərbaycan Jurnalistlər İttifaqının üzvü (1977), filologiya elmləri namizədi (1986).

Həyatı
Azər Abdulla 1940-cı il aprel ayının 1-də Lök kəndində kolxozçu ailəsində doğulmuşdur. Lök kəndi orta yediillik məktəbində, sonra qonşu kənd orta məktəbində təhsil almışdır. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin dil və ədəbiyyat şöbəsini bitirmişdir (1962-1967).

Jurnalistik fəaliyyətinə "Azərbaycan məktəbi" jurnalında korrektor, "Mədəni ticarət" qəzetində ədəbi işçi işlərkən başlamış (1967-1969), ilk qələm təcrübələrini və şerlərini dövri mətbuatda çap etdirmişdir. "Qobustan" toplusunda texniki redaktor vəzifəsində çalışmışdır. Hazırda "Oğuz Eli" qəzetinin əlavəsi olan "Yazıçı" qəzetinin baş redaktorudur.

"Nazim Hikmət və Azərbaycan" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

Dövri mətbuatda şeir, hekayə və publisistik yazılarla müntəzəm çıxış edir.

Əsərləri
Bir durna qatarıyıq. Bakı: Gənclik, 1969, 36 səh.
Gedirəm gündoğana. Bakı: Gənclik, 1979, 32 səh.
Səni gözləyirəm. Bakı: Gənclik, 1984, 25 səh.
Bəyaz çiçəklər. Bakı: Yazıçı, 1986, 136 səh.
Oyun. Bakı: Yazıçı, 1989, 141 səh.
Qəmərlidən keçən qatar. Bakı: Gənclik, 1969, 216 səh.
Padeşa. Bakı: Gənclik, 2005, 210 səh.


Tarix: 06.02.2015 / 16:52 Müəllif: Feriska Baxılıb: 168 Bölmə: Qərbi Azərbaycan
loading...