Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məsimli

Məsimli — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd.
Tarixi
İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. "İrəvan əyalətinin icmal dəftəri"ndə Məsumlu formasında qeyd edilmişdir.

Toponim məsimli nəsil adı əsasında əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 01.12.1949-cu il fərmanı ilə adı dəyişdirilərək Aykepat qoyulmuşdur.

Ermənilər bu kəndə XX əsrin əvvəllərində İranın Xoy və Salmast rayonlarından köçürülmüşlər. Həyat şəraiti ildən-ilə pisləşən azərbaycanlılar 1940-cı ildə Azərbaycan SSR-ə deportasiya edilmişlər.

Coğrafiyası və iqlimi
İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. Rayon mərkəzindən 2 km şərqdə yerləşir.

Əhalisi
Kənddə 1831-ci ildə 62 nəfər, 1873-cü ildə 360 nəfər, 1886-cı ildə 357 nəfər, 1897-ci ildə 507 nəfər, 1908-ci ildə 448 nəfər, 1914-cü ildə 594 nəfər, 1916-cı ildə 558 nəfər yalnız azərbaycanlılar yaşamışdır. 1918-ci ildə azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuş, xaricdən köçürülən ermənilər kəndə yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılar öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 269 nəfər, 1926-cı ildə 260 nəfər, 1931-ci ildə 269 nəfər azərbaycanlı yaşamışdır. 1948-ci ildə SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar Azərbaycana köçürülmüşdür. İndi ermənilər yaşayır.

Tanınmışları
Nəcəf Nəcəfov (alim) bu kənddə duğulmuşdur


Tarix: 06.02.2015 / 18:38 Müəllif: Feriska Baxılıb: 73 Bölmə: Qərbi Azərbaycan
loading...