Tarixi
Yuxarı Şorca İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Kəndin digər adları Tatar Şorcası, Başkeyti, Şorcalı Keyti olmuşdur (415, s.26). İ.Şopenin əsərində Baş Keyti adı formasında qeyd edilmişdir (386, s.599). Kəndin ilkin adı məhz Baş keyti olmuşdur. XIX əsrin 80-cı illərində kəndin adı artıq Şorca formasında öz əksini tapmışdır. Rayonun ərazisindəki Aşağı Keyti, Təzə (Yeni) Keyti kəndi XIX əsrin 80-cı illərində Şorcalı, XX əsrin əvəllərində Aşağı Şorca kəndi adlarıdırıldıqdan sonra, Şorca kəndi də Yuxarı Şorca adlandırılmışdır.
Rayon mərkəzindən 15 km cənub-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.297) qeyd edilmişdir.
Toponim fərqləndirici əlamət bildirən yuxarı sözünün və "duzluq, şoranlıq" mənasında işlənən şor sözünə sifətin çoxaltma dərəcəsinin morfoloji əlamətini bildirən -ca şəkilçisinin artırılması ilə düzəlib. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Mədəniyyəti
Coğrafiyası və iqlimi
Əhalisi
Kənddə 1831-ci ildə 75 nəfər, 1873-cü ildə 123 nəfər, 1886-cı ildə 158 nəfər, 1897-ci üdə 218 nəfər, 1908-ci ildə 248 nəfər, 1914-cü ildə 283 nəfər, 1916-cı ildə 269 nəfər azərbaycanlı yaşamışdır (415, s.26-27, 112-113). 1919-cu ilin aprelində azərbaycanlılar ermənilər tərəfindən törədilən qırğınlarla öz doğma kəndlərindən qovulmuşlar (309, s.305). 1920-ci ildə indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra müəyyən sakitlik yaranmış və sağ qalan azərbaycanlılar kəndlərinə dönə bilmişlər. 1922-ci ildə 204 nəfər, 1926-cı ildə 253 nəfər, 1931-ci ildə 295 nəfər (415, s.26-27, 112-113), 1959 - cu ildə 1252 nəfər,1987-ci ildə 1440 nəfər (85, s.288-289) azərbaycanlı yaşamışdır.
1988-ci ildə azərbaycanlılar bir daha Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından zorla qovulmuşlar. İndi burada ermənilər məskunlaşıb.
Görkəmli şəxsiyyətləri
Əli Vəkil - şair, tərcüməçi, 1972-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1968-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Araz" ali ədəbi mükafatı laureatı (1998).
Sahib Alıyev - millət vəkili
İqtisadiyyatı
Əkinçilik və heyvandalıq
Tarix: 06.02.2015 / 19:12 Müəllif: Feriska Baxılıb: 87 Bölmə: Qərbi Azərbaycan