Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səyyarə Məmmədli

Həyatı
Səyyarə Məmmədli (İsmayılova) 25 yanvar 1961-ci ildə Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində müəllim ailəsində anadan olub.

1969-cu ildən Basarkeçər rayonu Kəsəmən kənd orta məktəbində oxuyub və 1978-ci ildə həmin məktəbi bitirmişdir.

1979-cu ildə indiki BDU-nun kitabxanaçılıq fakültəsinə qəbul olmuş, 1984-cü ildə isə universiteti bitirmişdir.

2003-cü ildən Azərbaycan Milli Kitabxanasında şöbə müdiri vəzifəsində çalışır.

2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2013-cü ildə Prezident təqaüdünə layiq görülmüş, 2014-cü ildə AYB-nin və Nəşriyyat-Poliqrafiya Birliyinin birgə keçirdiyi "Ən yaxşı şeir müsabiqəsi"ndə ilk onluqda yer tutmuşdur.

Ailəlidir, 3 övladı var.

Yaradıcılığı
Şeir yazmağa orta məktəb illərindən başlamışdır. Əsasən qoşma, satirik və sərbəst janrlarda yazan Səyyarə Məmmədlinin şeirləri müntəzəm olaraq "Azərbaycan", "Ulduz" jurnallarında, "Ədalət", "Kredo", "525-ci qəzet" və başqa qəzetlərdə dərc olunur.

Kitabları
"Zamanın əl ağacı", Bakı, "Yurd" NPB, 2007. 232 səh., 250 tiraj.
"Yalnız qələm dözür ağırlığıma", Bakı, "Vektor Nəşrlər Evi", 2014.


Tarix: 05.02.2015 / 18:25 Müəllif: Feriska Baxılıb: 62 Bölmə: Qərbi Azərbaycan
loading...