Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hallavar (Böyük Qarakilsə)

Tarixi
Hallavar Ermənistan SSR Quqark (Kirovakan – Böyük Qarakilisə) rayonunda, rayon mərkəzindən 12 km cənub-qərbdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 1062, 1914-cü ildə 1283, 1931-ci ildə 902 nəfər olub. Onlar 1988-ci ilin faciəli olayları zamanı kənddən bütünlüklə qovulub.

Mədəniyyəti
Hallavar kəndi qədim alban vilayəti olan Qoqarena (Quqark rayonu) vilayətində yerləşir. Qədim tarixə malik olan bu kəndin yerli əhalisi atəşpəstliyə sitayiş etmiş və ərəb işğalları dövründə müsəlmanlığı qəbul etmış qədim alban tayfalarından biridir. Səlcuqların Azərbaycanda yerləşməsindən sonrakı dövrlərdə bu ərazilər bayat tayfasının iqtası olaraq qəbul olunmuşdur. Bir sözlə bu kənd və ətraf qonşu kəndlərin türk əhalisi əsasən bayat tayfasına mənsubdurlar. Hallavar kəndinin yerləşdiyi bayat dağlarinda qədim alban (türk) yazılarına və işarələrinə rast gəlinir.

Coğrafiyası və iqlimi
Kənd dağlıq və dağətəyi ərazidə yerləşir.

Əhalisi
Əhalisi əsasən ələvi (şiə) mənsəbli bayat türkləridir.

Görkəmli şəxsiyyətləri
Şəhidləri
Məmmədov Rəşid Cabbar oğlu (1973-1992)
İqtisadiyyatı
Sovet imperiyası dövründə 1 milyon manat civarinda illik gəliri olmuşdur. İqtisadiyyatının əsasını maldarlıq təşkil edir. İndi isə ümümi 7 minlik sovetlikdən təxminən 5-10 ailə qalib.


Tarix: 06.02.2015 / 18:31 Müəllif: Feriska Baxılıb: 38 Bölmə: Qərbi Azərbaycan
loading...