Ermənistanda ilk azərbaycanlı Sovxoz təsərrüfatı olub (1956). Uzun müddət Ermənistan Kənd Təsərrüfatı Nazirliyinin elmi-tədqiqat sovxozu kimi fəaliyyət göstərib. 1956-61-ci illərdə Nazirliyin nümayəndələri olan alimlər Sovxoz direktoru kimi işləsələr də, Sovxoza cins qoyunçuluq birliyinin müdiri və Sovxozun partkomu olan Təşkilat Bayram kimi tanınan (Bayramov Bayram Qurban oğlu ) islahatçı gənc rəhbərlik etmişdir. Bu dövrdə Sovxoz -Elmi Tədqiqat stansiyası kimi Rusiyanın Stavropol diyarının iri qoyunçuluq təsərrüfatları və elmi-tədqiqat müəssisələri ilə təcrübə mübadiləsində olmuşdur. Təsərrüfat respublikada cins qoyunçuluq sovxozu kimi şöhrət qazanıb. Sovxoz təsərrüfatında 24500 baş xırda heyvan, 3200 baş mal-qara saxlanırdı. Bu qədər də camaatın şəxsi təsərrüfatında mal-qoyun olmuşdur.İqtisadiyyatda arıçılıq, heyvandarlıq, taxılçılıq və tütünçülük başlıca sahə sayılmışdır.Sovxozda 80-dən artıq maşın və traktor, çoxlu kənd təsərrüfatı aqreqatları var idi. Qəsəbədə Krasnoselo rayonundakı 18 saylı Yol-tikinti idarəsinin və Başkənd (Arzvaşen) xalça fabrikinin filialları fəliyyət göstərmişdir.
Tarix: 06.02.2015 / 19:03 Müəllif: Feriska Baxılıb: 78 Bölmə: Qərbi Azərbaycan