Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Elşad Nəsirov (müəllim)

Həyatı
Elşad Haqverdi oğlu Nəsirov 1971-ci il iyulun 1-də Ermənistan Respublikasının Vardenis rayonunda anadan olub.

1978-1988-ci illərdə Vardenis rayonu Qızılkənd kənd orta məktəbində oxuyub və 1988-ci ildə həmin məktəbi medalla bitirib.

1988-1989-cu illərdə Sumqayıt Xovlu İplik Fabriki, SEİB 2 saylı ETK və 1 saylı Troleybus Parkında operator və çilingər işləmişdir.

1989-1990-cı illərdə hazırlıq şöbəsində və 1990-1995-ci illərdə BDU-nun hüquq fakültəsində təhsil alıb.

1995-ci ildən BDU-da çalışır. BDU-nun Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasında müəllim (1995-1997), baş müəllim (1997-dən) vəzifəsində çalışır.

1998-ci ildən hal-hazıra qədər BDU-nun Hüquq fakültəsinin fakültə Elmi Şurasının katibi, 2004-cü ildən hal-hazıra qədər isə təlim-tərbiyə işləri üzrə dekan müavini vəzifəsində də işləyir.

2004-cü ildə Universitet üzrə “İlin müəllimi” fəxri adına layiq görülmüşdür.

Ailəlidir, üç övladı var.

Elmi fəaliyyəti
“Konstitusiya hüququ”, “Azərbaycanın bələdiyyə hüququ”, “Azərbaycanın konstitusiya hüququ” (bakalavr pilləsində), “Seçki hüququ”, “Bələdiyyə hüququnun müasir problemləri”, “Avropa hüququ” (magistratura pilləsində) fənlərini tədris edir.

11 elmi məqalənin, 2 metodiki göstərişin, 2 dərs vəsaitinin (birgə müəllifliklə), 1 dərsliyin (birgə müəllifliklə) və 1 tədris proqramının müəllifidir.

Azərbaycan Respublikası seçki sisteminin hüquqi tənzimi, İnsan hüquqlarınin Konstitusiya təminatları, Azərbaycanda yerli özünüidarəetmənin hüquqi tənzimi onun tədqiqat sahəsidir.


Tarix: 05.02.2015 / 17:20 Müəllif: Feriska Baxılıb: 43 Bölmə: Qərbi Azərbaycan
loading...