Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maralzəmi

Tarixi
Maralzəmi - Yelizavetpol (Gəncə) quberinyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd. Rayon mərkəzindən 12 km şimal-qərbdə, Meğri çayının sol sahilində yerləşir.

Kənddə 1831-ci ildə 18 nəfər, 1873 - cü ildə 123 nəfər, 1886-cı ildə 174 nəfər, 1897-ci ildə 193 nəfər, 1904-cü ildə 951 nəfər yalnız azərbaycanlı yaşamışdı (415, s.68-69, 142-143).

1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri qırğınlarla deportasiya olunmuşdur və kəndə ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kənddən qovulmuş azərbaycanlılar tarixi-etnik torpaqlarına qayıda bilmişdir.

Onlar kəndə döndükdən sonra ermənilər azərbaycanlılarn tarixi torpaqlarından çıxmışdır. Burada 1922-ci ildə 28 nəfər, 1926-cı ildə 72 nəfər, 1931-ci ildə 98 nəfər (415, s.68-69, 142-143), 1987-ci ildə 800 nəfər (85, s.174) yalnız azərbaycanlı yaşamışdır.

1988-ci ilin noyabr ayında kənd sakinləri - azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.

Toponim maral heyvan adı ilə fars dilində «əkin yeri, tarla» mənasında işlənən zəmi sözünün birləşməsindən əmələ gəlmişdir. Zootoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Əhalisi
Maralzəmi – 1918-ci il. Zəngəzur qəzası rəisinin 1918-ci il 26 noyabr tarixli raporunda deyilir: “Mehri dərəsinin erməni dəstələri Vartanizor I - 100 tüstü və Vartanizor II (Maralzəmi) 60 tüstü müsəlman kəndlərini dagıtmış və 200 nəfər əhalini qılrmışlar...” .

İqtisadiyyatı
Əkinçilik və heyvandalıq


Tarix: 06.02.2015 / 18:36 Müəllif: Feriska Baxılıb: 69 Bölmə: Qərbi Azərbaycan
loading...