Tarixi
Yarpızlı - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Rayon mərkəzindən 12 km cənub-qərbdə, Göyçə gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.306).
Kənddə 1831-ci ildə 121 nəfər, 1873 - cü ildə 398 nəfər, 1886-cı ildə 465 nəfər, 1897-ci ildə 584 nəfər, 1908-ci ildə 719 nəfər, 1914 - cü ildə 815 nəfər, 1916-cı ildə 771 nəfər azərbaycanlı yaşamışdır (415, s.26-27, 112-113). 1918-ci ilin sonu, 1919 - cu ilin yanvarında azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuş və kənd yandırılmışdır (309, s.249). Kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. 1920-ci ildə indiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar kəndlərinə dönə bilmişlər. Köçürülən az sayda ermənilərlə yanaşı burada 1922-ci ildə 336 nəfər, 1926-cı ildə 419 nəfər, 1931-ci ildə 547 nəfər azərbaycanlı yaşamışdır (415, s.26-27, 112-113). SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-53-cı illərdə kəndin azərbaycanlı əhalisi Azərbaycana köçürülmüşdür. Lakin sonradan azərbaycanlıların bir qismi geriyə Yarpızlıya qayıtmışdır.
Yarpızlılar üçüncü dəfə 1988-ci ildə tamamilə zorla Ermənistan dövləti tərəfindən qovulmuşlar. İndi burada təkcə ermənilər yaşayır.
Toponim yabanı bitki olan yarpız sözünə çoxluq, cəmlik anlayışı bildirən -lı şəkilçisi artırmaqla düzəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Erm. SSR AS RH-nin 25.V.1967-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lçavan (Gölkənd) qoyulmuşdur.
Əhalisi
Yarpızlı – 1919-cu il. 800 nəfər yaşamışdır. Andranikin rəhbərliyi altında daşnaklar kəndi yerlə-yeksan etmiş, böyükdən kiçiyə - qoca, qadın, uşaq demədən əhalini kütləvi surətdə qırmışlar. Salamat qalanlar dagla-dərəylə Azərbaycana pənah gətirmişlər.
1988-ci ilə qədər azərbaycanlılar
1941/45-də həlak olanlar
Əmirzadayev İslam Məhəmmədəli oğlu,
İqtisadiyyatı
Əkinçilik və heyvandalıq
Tarix: 06.02.2015 / 19:09 Müəllif: Feriska Baxılıb: 162 Bölmə: Qərbi Azərbaycan