Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Toxluca - Bitki örtüyü

Mədəni bitkilərdən arpa, buğda, çovdar, vələmir, yonca, qorunca, kartof, tütün, çuğundur, qarğıdalı və s. becərilirdi. Meyvə ağaclarından alma, armud, gilas, qoz, gavalı, alça, ərik, giləmeyvələrdən isə qarağat və çay tikanı geniş yayılmışdı. Qeyd etmək lazımdır ki, Toxluca ərazisində əsasən kolluqlar, eləcə də gölətrafı ərazilərdə seyrək ardıc meşələri və Göyçə gölünün sahili boyunca sonradan salınmış meşə zolaqları mövcuddur. Yaşlı nəslin söylədiklərinə əsasən, XIX əsrədək Toxlucada dağətəyi sıx meşəliklər, kəndin indiki yerində isə calalıq-sucaq yaşıllıq mövcud olub. Lakin insanların təsərrüfat fəaliyyəti nəticəsində həmin meşəliklər məhv edilib,calalıq qurudularaq evlər salınmışdır. Təbii ki, meşə altında olan torpaqların tərkibi meşələrin qırılmasından sonra tədricən dəyişmiş, bu isə öz növbəsində heyvanat və bitki aləminə təsirsiz ötüşməmişdir. Gölətrafı dağ və gagətəyi silsilədə oradakı kol bitkilərindən alaçəhrə, tuvulğu, qarağac, ardıc, qaraqoyungözü, qatırquyruğu, dovşan alması, itburnu, yemişan, dovşanalması, zirinc, gərməşov , kol armudu, meşə xirniyi, başınağacı, və s. kol meyvələri yetişir. Göyçə gölünün sahilində salınmış meşə zolağında şam, iydə, akasiya, çinar, qızıl söyüd, qarağac ağacları və çaytikanı (kol bitkisi), gəvən təbiətə xüsusi bir gözəllik bəxş edirdi.


Tarix: 06.02.2015 / 19:01 Müəllif: Feriska Baxılıb: 123 Bölmə: Qərbi Azərbaycan
loading...