Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sabir Həmidov

Həyatı
Sabir Həmidov 1954-ci ildə Ermənistan Respublikasında anadan olub. Orta məktəbi Naxçıvan şəhərində bitirib.

1971-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub. 1976-cı ildə Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernetika fakultəsini bitirib.

Sabir Həmidov AMEA-nın Kibernetika İnstitutunda (1976-1980), Sankt-Peterburq Dövlət Universitetində (1981-1982 ixtisasartırma), "Kaskad" Xüsusi Konstruktor Bürosu (1983-1990) və "Savalan" Kişik Müəssisəsində (1991-2000) çalışmışdır.

1986-cı ildə "Bəzi sinif qeyri-hamar funksiyaların xassələrinin tədqiqi və minimallaşdırılması" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Fizika-riyaziyyat elmləri namizədidir. 2000-ci ildən Bakı Dövlət Universitetinin "Riyazi kibernetika" kafedrasında dosent vəzifəsində çalışır.

O, bakalavr pilləsi üzrə - diskret riyaziyyat kursu, riyazi məntiq və diskret riyaziyyat modelləri kursu, iqtisadi kibernetika kursu Magistratura pilləsi üzrə isə - diskret minimaks məsələləri, qeyri-hamar analizin bəzi məsələləri, iqtisadi sistemlərdə diskret proqpamlaşdırma üsulları dərslərini tələbələrə tədris edir.

Onun tədqiqat sahəsinə - Qeyri-hamar optimizasiya məsələləri və İqtisadi dinamika modellərinin tədqiqi aiddir.

Sabir Həmidov Bakı şəhərində keçirilən – “The 1-st İnternational Conference on Control and Optimization with İndustrial Applications” (Baku, 2005) və “The 2-nd İnternational Conference on Control and Optimization with İndustrial Applications” (Baku, 2008) adlı Beynəlxalq seminar, simpozium və konfranslarda iştirak etmişdir.

Kitabları
“İqtisadi kibernetikadan mühazirələr”, Bakı, 2008.
Seçilmiş əsərləri
1. Об одной задаче со связанными ограничениями, "Təhsil", №3, 2003
2. Об устойчивости равновесного возрастного распределения в одном частном случае. I Beynəlxalq konfransın materialları COİA - 2005. Bakı, 2005.
3. О моделях экономической динамики совместного функционирования нескольких технологий. "Bakı Universitetinin xəbərləri", №4, 2006.
4. О локально-оптимальных траекториях в однопродуктовых моделях Elmi konfrans materialları, Bakı, 2006.
5. О проблеме равновесия с заданным непрерывным ценообразованием. Elmi konfrans materialları, Bakı, 2007
6. Bəzi iqtisadi dinamika modellərində effektiv trayektoriyalar haqqında. Elmi konfrans materialları, Bakı, 2007.
7. II Beynəlxalq konfransın materialları COİA - 2008. Bakı, 2008.
8. О поведении оптимальных траекторий. Elmi konfrans materialları, Sumqayit, 2008


Tarix: 06.02.2015 / 17:37 Müəllif: Feriska Baxılıb: 172 Bölmə: Qərbi Azərbaycan
loading...