Həyatı
1954-cü il fevralın 4-də Ermənistan Respublikasının İcevan rayonunun Polad kəndində anadan olub.
1961-1971-ci illərdə Polad kənd orta məktəbində oxuyub.
1971-1976-cı illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsində təhsil alıb.
1977-1982-ci illərdə Polad kənd orta məktəbində müəllim işləyib.
Müsrəddin Tağıyev 1982-ci ildən BDU-da çalışır.
1998-ci ildə «Doymuş məsaməli mühitlərdə və monodispers suspenziyalarda həyəcanlanmaların qeyri-xətti dalğaları» mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi adı almışdır.
2005-ci ildən hal-hazıra qədər BDU-nun Mexanika-riyaziyyat fakültəsində “Nəzəri mexanika və bütöv mühit mexanikası” kafedrasında müəllim vəzifəsində çalışır.
“Maye və qaz mexanikası”, “Bütöv mühit mexanikası”, “Sahələr nəzəriyyəsi” onun apardığı dərslərə aiddir.
Müsrəddin Tağıyev 20 məqalənin və bir kitabın müəllifidir.
“Maye və qaz mexanikası”, “hidromexanika” onun tədqiqat sahəsidir.
Müsrəddin Tağıyev “27-ci İran riyaziyyatçıları konfransı” (1996, Şiraz, İran), “28-ci İran riyaziyyatçıları konfransı” (1997, Təbriz, İran), “38-ci İran riyaziyyatçıları konfransı” (2007, Zəncan, İran) beynəlxalq konfransların iştirakçısı olub.
Ailəlidir, üç övladı var.
Kitabları
“Riyaziyyatdan test tapşırıqları”. 8-ci sinif, Bakı, 2005
"Nəzəri Mexanika". Bakı, 2013
Seçilmiş əsərləri
Deformasiyalanan boruda yerləşən dispers özlü mayedə dalğalar. Bakı, 2005.
Çoxqat özlü elastik boruda yerləşən mayenin döyünən axını. Bakı, 2007.
Tarix: 06.02.2015 / 16:06 Müəllif: Feriska Baxılıb: 48 Bölmə: Qərbi Azərbaycan