Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hüseyn Əliyev (rəssam)

Hüseyn Əlirza oğlu Əliyev (d. 1911 - ö. 1991) — Görkəmli fırça ustası, Azərbaycan xalq rəssamı (1982). Bakı Rəssamlıq Texnikumunu bitirmiş (1932), Leninqrad Boyakarlıq, Memarlıq və Heykəltəraşlıq İnstitutunda oxumuşdur (1932-1935). Yaradıcılığında portret və mənzərələr mühüm yer tutur. 1922-1931-ci illərdə "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq etmiş, onun bir sıra karikaturaları jurnalın səhifələrində çap olunmuşdur.Həyatı
Əliyev Hüseyn Əlirza oğlu 1911-ci il aprelin 22-də Comərdli kəndində Kərbəlayı Cəfər oğlu Əlirzanın və Narıngül xanımın ailəsində dünyaya göz açmışdır. Rəssam kimi ilk təbiət mənzərəsini çəkəndə onun 12 yaşı olub. Bakıda Rəssamlıq Texnikumunda oxumuşdur (1927-1932).

1922-1931-ci illərdə "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq etmiş, onun bir sıra karikaturaları jurnalın səhifələrində çap olunmuşdur.

Hüseyn Əliyev Leninqrad Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirdiyi ildən (1932-1935) təqaüdə çıxanadək «Xalq qəzeti»nin («Kommunist») bədii tərtibat şöbəsində əvvəlcə baş rəssam, sonra da bədii tərtibat şöbəsinin müdiri vəzifəsində işləyib (1935-ci il oktyabr ayının 4-dən).

Böyük Vətən Müharibəsinin iştirakçısı olmuşdur. O, «Qafqazın müdafiəsinə görə», «1941-1945-ci illərdə arxa cəbhədəki şərəfli əməyinə görə», «Böyük Vətən müharibəsinin 30 illiyi» medalları və «Xalqlar dostluğu» ordeni ilə təltif olunub.

Hüseyn Əliyev bacarıqlı rəssam kimi üç dəfə Azərbaycan, bir dəfə Ukrayna Ali Sovetinin fəxri fərmanlarına layiq görülüb. 1940-cı ildən Rəssamlar İttifaqının üzvü olan Hüseyn Əliyev 1976-cı ildə Əməkdar rəssam, 1982-ci ildə Xalq rəssamı fəxri adına layiq görülüb.

Azərbaycan xalq rəssamı Hüseyn Əliyevin müxtəlif sərgilərdə nümayiş etdirilən rəsm əsərləri arasında, onun Comərdli kəndində çəkdiyi «Yəhər Təpə» və «Mahmud bulağı» tabloları özünəməxsus yer tutur.

Hüseyn Əliyevin «Göygöl mənzərələri» adlı çap edilən albomunda rəssamın 17 mənzərəsi verilmişdi.

Hüseyn Əlirza oğlu Əliyev 25 may 1991-ci ildə vəfat edib.

Şəcərəsi
Mirzə Əbdül
Mirzə Əli
Alagöz Məhəmməd
Məşədi Əli
Kərbəlayı Cəfər
Əlirza
Hüseyn Əliyev
Həmçinin bax
Həsən Əliyev, Heydər Əliyev, Aqil Əliyev və Cəlal Əliyevin qardaşıdır.

Haqqında yazılan məqalələr
"Xalq rəssamı Hüseyn Əliyevin 100 illiyi qeyd olunmuşdur". Azərbaycan.- 2011.-23 aprel.- S.7.
Əfsanə BAYRAMQIZI. "Xalq rəssamı Hüseyn Əliyevin xatirəsi dərin hörmət və ehtiramla anıldı" Xalq qəzeti. - 2011. - 23 aprel. - S.7.


Tarix: 06.02.2015 / 17:07 Müəllif: Feriska Baxılıb: 109 Bölmə: Qərbi Azərbaycan
loading...