Tarixi
Qursalı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Hamamlı rayonunda (Spitak) kənd. Rayon mərkəzindən 7 km cənub-şərqdə, Pəmbək çayının yaxınlığında, Kəmərli dağının ətəyində yerləşir. Hamamlı rayonu yaradılana kimi (1937-ci ilə kimi) Quqark (Qarakilsə) rayonunun tərkibində olmuşdur.
Kənddə 1831-ci ildə 73 nəfər, 1873 - cü ildə 445 nəfər, 1886-cı ildə 545 nəfər, 1897-ci ildə 713 nəfər, 1904 - cü ildə 824 nəfər, 1914 - cü ildə 999 nəfər, 1916-cı ildə 877 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.52-53, 132-133). 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri — azərbaycanlılar deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılar ata-baba yurdlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 839 nəfər, 1926-cı ildə 954 nəfər, 1931-ci ildə 1033 nəfər (415, s.52-53, 132-133), 1987-ci ildə 2700 nəfər (25, s.167) yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayının axırlarında Ermənistan dövləti tərəfindən kəndin sakinləri — azərbaycanlılar tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya edilmişdir. İndi ermənilər yaşayır. Erməni mənbələrində kəndin adının Qursalı formasında işlənməsini (415, s.132) nəzərə alıb bu qənaətə gəlirik ki, toponim kəngər türk tayfasından olan xurs etnonimi ilə (168, s.101-104) Alı şəxs adı əsasında əmələ gəlmişdir. «Xurs (qurs) tayfasından olan Alıya məxsus kənd» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Görkəmli şəxsiyyətləri
Rəşid Namazov
Nəbi Ramazanov - BDU prorektor
Tarix: 06.02.2015 / 18:54 Müəllif: Feriska Baxılıb: 105 Bölmə: Qərbi Azərbaycan