Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şamil Vəliyev

Həyatı
Vəliyev Şamil Qiyas oğlu 1960-cı ilin fevralında Loru mahalının Körpülü kəndində anadan olub. 1977-1981-ci illərdə ADPU Filologiya fakültəsində təhsil alıb.

1983-1985-ci illərdə Səməd Vurğun adına ev-muzeyinin əməkdaşı olmuş, burada elmi işçi vəzifəsində çalışmışdır.

1989-cu ildə "XX əsr Azərbaycan ədəbi tənqidində poeziya problemləri" mövzusunda filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün namizədlik dissertasiyası müdafiə edib. 2003-cü ildə "Füyuzat" ədəbi məktəbi" mövzusunda filologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün doktorluq dissertasiyası müdafiə edib.

1985-2008-ci illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi işçi vəzifəsində çalışıb.

2005-ci ildən BDU Jurnalistika fakültəsi, Mətbuat tarixi kafedrasının müdiri vəzifəsində çalışır. 2007-ci ildən Mətbuat tarixi kafedrasının professorudur.

20 aprel 2012-ci ildən Jurnalistika fakültəsinin dekanıdır.

Bakı Dövlət Universitetinin 90 illik yubileyi ilə əlaqədar, ölkə Prezidenti İlham Əliyevin sərəncamına əsasən, Şamil Vəliyev milli mətbuatın inkişafında göstərdiyi xidmətlərə görə əməkdar jurnalist fəxri adına layiq görülüb.

Seçilmiş əsərləri
"Ə.Hüseynzadənin "Qırmızı qaranlıqlar içində yaşıl işıqlar". Azərb.SSR EA gənc alimlərinin "Böyük Oktyabr və müasirlik: ictimai elmlərin aktual problemləri" mövzusunda elmi konfransının materialları. B., 1987
"Yaşıl qələm unudulmadı". Azərbaycan jurnalı. B.,1991, №5
"Əlibəy Hüseynzadənin dinə münasibəti". Cahan jurnalı. B,1997, №2
"Naməlum məktublar". Azərbaycan jurnalı. B, 1993, №1-2
Kitabları
"Füyuzat" ədəbi məktəbi. B.,1999
"XX əsr Azərbaycan ədəbi tənqidində poeziya problemləri (1895-1917)". B., 2004


Tarix: 05.02.2015 / 19:20 Müəllif: Feriska Baxılıb: 161 Bölmə: Qərbi Azərbaycan
loading...